Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİ İNKİŞAF NAZİRİ HEYDƏR BABAYEVİN ÇIXIŞI

İqtisadi inkişaf naziri HEYDƏR BABAYEV ölkəmizin iqtisadiyyatında əldə olunan nailiyyətlərdən danışdı. Nazir bildirdi ki, Azərbaycanda aparılan uğurlu neft siyasəti büdcə gəlirlərinin artması ilə müşayiət olunur. Bu ilin birinci rübündə ölkədə sənaye sahəsində artım 38,6 faiz təşkil edib. Qeyri-neft sektorunda 12 faiz, aqrar sahədə isə 5,3 faiz artım olub. Ölkənin investisiya mühiti yaxşılaşıb, əsas kapitala yönələn investisiyalar 12,3 faiz artıb. Bu dövrdə ölkədə 34 min yeni iş yeri açılıb və 2015-ci ilədək ölkədə yoxsulluğun azaldılması və davamlı inkişaf proqramının layihəsi də hazırlanıb.

Bu ilin iki ayında xarici ticarət dövriyyəsi 28 faiz, ixrac 11 faiz artıb. 2007-ci ilin ilk üç ayının yekunları göstərir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi iqtisadi islahatlar siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu ilin birinci rübündə ümumi daxili məhsulun artımı 39,7 faiz təşkil etmişdir. Ölkəmiz ötən il olduğu kimi, bu göstəriciyə görə dünyada ön sıralardadır. Belə yüksək inkişaf templəri bir tərəfdən transmilli layihələrin uğurla həyata keçirilməsi, neft hasilatının və ixracının artması ilə bağlıdırsa, digər tərəfdən qeyri-neft sahələrinin inkişafına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, dünyanın aparıcı iqtisadi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsinə yönəldilmiş siyasətin real nəticəsidir.

Neft-qaz hasilatının artması, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması, Cənubi Qafqaz qaz kəmərinin inşasının yekunlaşması, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın gələcəkdə inşası gəlirlərin əhəmiyyətli dərəcədə artmasına və ölkəmizin davamlı inkişafına əlverişli zəmin yaradır.

İqtisadiyyatın aparıcı sahəsi olan neft-qaz sektorundakı yüksəliş öz növbəsində, digər istehsal sahələrinə də müsbət təsir göstərir. Bu ilin birinci rübündə sənaye məhsulunun ümumi artımı 38,6 faiz təşkil etmişdir. Azərbaycanın ümumi daxili məhsulunda böyük xüsusi çəkiyə malik olan xidmətlər sferasında son illərdə ciddi yüksəliş müşahidə olunur. Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımaları 18,2 faiz, rabitə xidmətləri 16,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 37,6 faiz artmışdır. Bu sahədəki artım bir tərəfdən istehsalın inkişafı ilə bağlıdırsa, digər tərəfdən əhalinin maliyyə imkanlarının yaxşılaşdırılmasından xəbər verir. Ölkəmizin maliyyə imkanlarının genişlənməsi, investisiya mühitinin daha da yaxşılaşması ilə bağlı görülən tədbirlər investisiya qoyuluşunun artmasına müsbət təsir göstərməkdədir. Hesabat dövründə əsas kapitala yönəldilən investisiyalar təxminən 12,3 faiz artmışdır. Burada əhəmiyyətli məqam ondan ibarətdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sahələrinə investisiya qoyuluşunun həcmi 37,7 faiz artmışdır.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, ölkəmizin başçısının Sərəncamı ilə yaradılmış Dövlət İnvestisiya Şirkətinin qeyri-neft sahələrinə investisiya qoyuluşlarının artımı ilə bağlı fəaliyyəti genişlənməkdədir. Azərbaycan İnvestisiya Şirkətinin yaradılması ölkə təcrübəsi üçün yeni olan maliyyələşdirmə mexanizminin tətbiqinin bu istiqamətdə aparılan ardıcıl dövlət siyasətinin növbəti uğurlu addımı hesab etmək olar. Ötən müddətdə şirkət 50-dən artıq layihə üzrə təhlili işləri, yerli və xarici tərəfdaşlarla danışıqlar aparmış, bir neçə layihənin icrasına artıq başlamışdır. Konkret olaraq, şirkətin Müşahidə Şurası ilk investisiya qoyuluşunun həyata keçirilməsinə qərar vermişdir. Bu investisiya qoyuluşu ölkədə süd və süd məhsullarının, təbii şirələrin istehsalına, habelə ixracının genişləndirilməsi ilə bağlıdır. Burada investisiya qoyuluşunun obyekti kimi müvafiq sahə üzrə ölkədə aparıcı mövqelərdən birini tutan “Milk Pro” Məhdud Məsuliyyətli Cəmiyyəti çıxış edir. Tərəfdaş kimi isə Avropanın Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə işlər aparılır. Layihədə Bakı şəhərində yeni süd zavodunun inşası və Göyçayda yerləşən süd zavodunun beynəlxalq standartlara cavab verən məhsul istehsalının təmin ediılməsi üçün zəruri olan yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur.

Qida sənayesində həyata keçirilməsi nəzərdə tutulan başqa bir layihə çərçivəsində “Azərsun Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə gündəlik istehlak gücü 100 ton və daha artıq olan yodlaşdırılmış və saflaşdırılmış duz istehsalı zavodunun inşası planlaşdırılır.

Bakıda, ölkənin digər şəhər və rayonlarında abadlıq işlərinin aparılması, habelə digər inşaat layihələrinin həyata keçirilməsi sementə olan tələbatı artırmışdır. Bunu nəzərə alaraq, yeni sement zavodunun inşasına dair bu məhsulun istehsalı sahəsində dünyada aparıcı şirkətlərdən olan Fransanın “Lafarge” şirkəti ilə anlaşma memorandumu imzalanmışdır. “Lafarge” şirkətinin əməkdaşları tərəfindən sement istehsalı üçün zəruri olan xammal yataqlarının yerləşdiyi ərazilərə baxış keçirilmiş və hazırda layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üzrə işlər aparılır.

Bundan əlavə, cənab Prezidentin Koreya Respublikasına gözlənilən səfəri zamanı “STS” şirkəti ilə gəmi tikintisi və enerji istehsalı ilə bağlı yeni layihələrin həyata keçirilməsi üzrə investisiya şirkəti ilə anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Sadalanan layihələrlə yanaşı, Azərbaycan İnvestisiya Şirkəti tərəfindən nəqliyyat, əczaçılıq, kənd təsərrüfatı, kimya sənayesi, daşımalar və digər sahələrdə investisiya layihələrinin həyata keçirilməsi üzrə işlər aparılır.

Cənab Prezidentin xüsusi iqtisadi zonaların yaradılması haqqında Sərəncamı iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi və ölkəmizin ixrac imkanlarının artırılması baxımından böyük əhəmiyyətə malikdir. Sərəncama uyğun olaraq, müvafiq qanun layihəsinin və digər sənədlərin hazırlanması işi davam etdirilir. Bu il, həmçinin ümumi məbləği təxminən 1,6 milyard manat olacaq dövlət investisiyaları hesabına daha əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması həyata keçiriləcəkdir.

Qeyd olunanlarla bərabər bildirmək istərdim ki, Bakı şəhərində bərk məişət və sənaye tullantılarının emalı zavodunun tikilməsi ilə bağlı təqdim edilmiş layihələrin qiymətləndirilməsi işi başa çatmaq üzrədir. Paytaxtımızın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə digər bir layihənin - tullantı poliqonlarında yığılmış metan qazının utilizasiyası layihəsinin də həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar, bir neçə gün öncə Yaponiyanın “Mitsubishi” şirkəti ilə anlaşma memorandumu imzalanmışdır. Həmçinin ölkədə elektrik enerjisi bazarının yaradılması istiqamətində birinci addım kimi özəl elektrik stansiyasının inşası ilə bağlı təkliflər də araşdırılır.

Hörmətli müşavirə iştirakçıları, cənab Prezidentin siyasətinin ən mühüm istiqamətlərindən biri iqtisadiyyatın regional baxımdan tarazlı inkişafının təmin edilməsindən ibarətdir. Belə ki, məhz bu yanaşma inkişafın davamlılığını təmin edə bilər. Təsadüfi deyil ki, bu gün cənab Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına xüsusi diqqət yetirir və ötən müddət ərzində cənab Prezident bir sıra şəhər və rayonlara səfər etmiş, proqramın icrasının gedişi ilə şəxsən tanış olmuşdur. Belə diqqətin nəticəsidir ki, 2007-ci ilin ötən dövrü ərzində 34 mindən artıq yeni iş yeri yaradılmışdır. Ötən illərdə olduğu kimi, bu il də sahibkarlığın dəstəklənməsi siyasəti davam etdirilir və yeni qaydalara uyğun olaraq, güzəştli kreditlərin verilməsi ilə bərabər, sahibkarlara texniki yardımların göstərilməsinə, onların beynəlxalq əlaqələrinin genişləndirilməsinə əməli kömək göstərilir. Bu ilin birinci rübündə artıq Almaniyada, Avstriyada, Sloveniyada və Birləşmiş Ərəb Əmirliklərində biznes-forumlar təşkil olunmuşdur. Ölkəmizin iqtisadi qüdrəti və maliyyə imkanları möhkəmləndikcə əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün əlverişli zəmin yaranır, minimum əmək haqqı və pensiya, müavinətlər davamlı olaraq artırılır.

Eyni zamanda, bildirmək istərdim ki, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılması prosesini daim diqqət mərkəzində saxlayan cənab Prezidentin tapşırığına uyğun olaraq, 2015-ci ilədək olan müddəti əhatə edən yoxsulluğun azaldılması və davamlı inkişaf proqramı layihəsi artıq hazırlanmış, Nazirlər Kabinetinə təqdim edilmiş və bu gün yekun razılaşdırılma mərhələsindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO