İqtisadi-riyazi modelləşdirmə üzrə Elmi şuranın online iclası keçirilib
Bakı, 15 iyun, AZƏRTAC
İqtisadi-riyazi Modelləşdirmə üzrə AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Elmi şurasının online rejimdə növbəti iclası keçirilib.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Akif Musayevin sədrliyi ilə keçirilən iclasda 2 elmlər doktoru və 5 fəlsəfə doktoru proqramı üzrə 7 dissertasiya mövzusu müzakirəyə çıxarılıb.
AMEA-nın İqtisadiyyat İnstitutundan 2, İdarəetmə Sistemləri İnstitutundan 4, Bakı Dövlət Universitetindən 1 nəfər olmaqla ümumilikdə 7 doktorant və dissertantın təqdim olunan dissertasiya işlərinin mövzuları müzakirə edilərək qeydiyyata alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:51]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:11]