Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadiyyatın “dəmir damarı”

İqtisadiyyatın “dəmir damarı”

Bakı, 20 iyun, Abdulla Suvar, AZƏRTAC

Proloq əvəzi

Azərbaycanda ilk dəmiryolçu kim olub, ilk qatarı kim idarə edib, onu kimlər yola salıb, kimlər qarşılayıb?

Əlbəttə, bu suallara cavab vermək iddiasında deyiləm. Amma onu bilirəm ki, ilk qatarın sükanından kim tutubsa, həmin gün onun evində, yaşadığı məhəllədə toy-bayram olub. Bəlkə də onun görüşünə yaxın-uzaq qohumlar da gəlib. Hamıya maraqlı gəlib ki, bu nə texnikadır, necə hərəkət edir, necə idarə olunur, onunla yol getmək necə olur? Kim bilir, bəlkə də onu günlərlə sorğu-suala tutublar.

O vaxtdan 145 il keçir...

Onu bilirəm ki, hər bir nəqliyyat vasitəsi kimi qatarın da özünəməxsus səsi var. Evimiz qatar yolunun kənarında yerləşdiyindən gözümü bu dünyaya açandan onun səsini eşitmişəm. Səhərlər polad qollar üzərində şütüyən qatarların səsinə oyanmışam, axşamlar onun relslər üzərindəki taqqıltısı altında yuxuya getmişəm. Lap körpə vaxtlarımda güllü beşiyimdə eşitdiyim ana laylası ilə yanaşı, qatarların səsi də mənə layla çalıb...

Vağzal: Qatarın start yeri

Digər sənaye sahələrindən fərqli olaraq nəqliyyat yeni “məhsul” istehsal etmir. Nəqliyyatın başlıca funksiyası yük və sərnişinlərin daşınaraq lazımi ünvana çatdırılmasıdır. Məhsul onda hazır hesab olunur ki, bilavasitə istehlakçıya çatdırılsın. İstehsal sahəsində həmin əməliyyatı nəqliyyat yerinə yetirir. Nəqliyyat-istehsalçı ilə istehlakçı arasında əmtəə və xidmət əlaqələrini birləşdirən bənddir. Onsuz bazar və bazar münasibətləri ola bilməz. Beləliklə, nəqliyyat regionların sosial və iqtisadi cəhətdən formalaşmasını sürətləndirir, onların arasındakı qarşılıqlı iqtisadi əlaqələrin yaranmasına və genişlənməsinə stimul yaradır.

Nəqliyyat növləri arasındakı “əmək bölgüsündə” dəmiryol nəqliyyatının rolu əvəzolunmazdır. Dəmiryol nəqliyyatı, onu digər nəqliyyat növlərindən fərqləndirən iqtisadi, texniki xüsusiyyətlərə və üstünlüklərə malikdir. Ölkəmizdə əsas nəqliyyat növlərindən biri də dəmiryol nəqliyyatıdır.

Qatar yola çıxır...

Azərbaycanda dəmir yolu tikintisinin başlanması və onun sonrakı inkişafı neftin çıxarılması, emalı və daşınması ilə sıx şəkildə bağlıdır. Bakı nefti və onun sənaye istehsalı əvvəlcə paytaxtda, sonra isə bütün ölkədə dəmir yolunun çəkilməsinə əsas oldu.

Beləliklə, 1878-ci ildə neft daşınmasının təkmilləşdirilməsi məqsədlə Azərbaycanda ilk dəmiryolunun çəkilişinə başlanılıb və 1880-ci ilin yanvarında uzunluğu 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı xətti istifadəyə verilib. Bu, ölkəmizin dəmiryol xəritəsinə düşən il xətt olub. Dünyada ilk dəfə neftin məhz bu yolla sisternlərlə daşınmasına başlanılıb.

Dəmiryol nəqliyyatından istifadə əsasən kütləvi sürətdə yük və sərnişin daşımalarından ibarətdir. Daşımalardan əldə edilən gəlirin təxminən 80 faizi yük daşımalarının payına düşür. Sərnişinlərin daşınmasında isə yerli, şəhər ətrafı və beynəlxalq, daşımalar üstünlük təşkil edir. Ölkəmizin dəmir yollarında 170-dən çox müxtəlif təyinatlı stansiyalar var. Yük və sərnişin axını əsasən həmin stansiyalarda yaranır. Stansiyalar vağzallardan, sərnişin platformalarından, anbarlardan, konteyner-yük terminallarından, işarəvermə-rabitə qurğularından, yükvurma-yükboşaltma mexanizmlərindən, texniki xidmət məntəqələrindən və s. ibarətdir.

Dəmiryol nəqliyyatında sərnişinlərin və yüklərin daşınması elektrovoz və teplovozların köməyi ilə yerinə yetirilir. Hazırda ölkəmizin dəmir yollarının 1280 kilometri elektrikləşdirilib. Dəmir yolunda daşıma prosesinin 80 faizi elektrik dartısının köməyi ilə aparılır.

Qatar yol gedir...

Ölkəmizdə dəmir yolunun idarə olunması Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövründə Yollar Nazirliyinin tərkibində “Dəmir yolu idarəsi” formasında təşəkkül tapıb. Həmin dövrdə ən nəhəng işlərdən biri Ələt-Culfa dəmir yolu xəttinin çəkilişinin bərpa edilməsi idi. Həmin yol böyük iqtisadi və hərbi-strateji əhəmiyyət kəsb edərək Bakını Təbrizlə birləşdirməli idi. Ələt-Culfa dəmir yolunun böyük hərbi-strateji, iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki rolunu nəzərə alaraq, 1918-ci il mayın 8-də AXC Məclisi yolun çəkilişi barədə qərar qəbul edib. Bu məqsədlə 250 milyon manat vəsait ayrılıb və gələcəkdə daha 500 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Ermənistanın Bakıdakı nümayəndəsi həmin yolun çəkilişi haqqında öz hökumətinin etirazını bildirib. Türkiyə dövləti ilə AXC arasında qarşılıqlı sıx əlaqələr bu işə kənar müdaxilənin qarşısını alıb. 1919-cu il mayın 8-də Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında “Dəmir yollarına dair ikitərəfli qarşılıqlı texniki iqtisadi yardım haqqında” beşillik saziş imzalanıb. Müqaviləyə görə, Azərbaycan dəmir yolları sisteminə maddi-texniki kömək göstərməyi və ona himayə etməyi həmin müddətdə Türkiyə hökuməti öhdəsinə götürüb. Təəssüf ki, 1920-ci ilin aprelində AXC-nın süqutu və Azərbaycanda Sovet hakimiyyətinin qurulması nəticəsində ölkəmizdə olan polad yollar yenidən Rusiya dəmir yolu şəbəkəsinə qoşulub. 1921-ci il aprelin 14-dən isə Zaqafqaziya Dəmir Yolu Birliyinə daxil olub.

İkinci Dünya müharibəsi illərində Azərbaycan dəmiryolçuları hərbi eşalonların və transpartyorların, yüklərin, sənaye və kənd təsərrüfatı məhsullarının daşınması üzrə bütün tapşırıqları böyük əzmkarlıqla yerinə yetiriblər. Müharibə illərində Azərbaycan dəmiryolçuları bir milyon üç yüz min vaqonun, o cümlədən 600 min ton neft məhsulu vurulmuş sisternanın yüklənməsini və yola salınmasını təmin edib. Azərbaycan dəmiryolçuları 1945-ci ildə yük dövriyyəsini 2134 milyon ton kilometrə çatdırıblar.

Müstəqillik illərindəki qatar

Əbəs yerə dəmir yollarını “iqtisadiyyatın damarı” adlandırmırlar. Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyi qazanandan sonra dəmiryolu infrastrukturu yeni inkişaf yoluna qədəm qoyub. Aparılmış işlər nəticəsi olaraq Azərbaycanda dəmir yolunun (baş yolların) ümumi açılış uzunluğu 3 min kilometrə yaxın, istismar uzunluğu isə 2 min kilometrdən çox artıb.

Azərbaycanın geosiyasi mövqeyi onun beynəlxalq nəqliyyat dəhlizlərinin vacib halqasına çevrilməsini şərtləndirir. “Azərbaycan Dəmir Yolları” QSC həmin kontekstdə yalnız daxili infrastrukturun idarəedici qurumu deyil, həm də qlobal ticarət marşrutlarının formalaşmasında aktiv iştirak edən bir aktordur. İnnovasiya, əməkdaşlıq və strateji investisiyalar sayəsində Azərbaycan, Avropa-Asiya ticarətində əvəzsiz tranzit mərkəzinə çevrilmək yolunda irəliləyir.

Qarabağa gedən qatar

Ötən əsrin 80-ci illərinin axırı-90-cı illərinin əvvəlində Qarabağ və ətraf rayonlarda Ermənistanın yaratdığı münaqişə və Naxçıvan Muxtar Respublikasının blokadaya salınması nəticəsində ölkəmizdə dəmir yolunun ahəngdar işi pozulub. Münaqişə nəticəsində 1988-1993-cü illərdə Azərbaycan dəmir yoluna 68,295 milyard rubl dəyərində maddi ziyan vurulub. O cümlədən, 21 ədəd teplovoz, 20 ədəd sərnişin vaqonu, 1198 ədəd yük vaqonu, 156 kilometr elektrik ötürmə xətti, 5 körpü və digər obyekt və mühəndis qurğuları məhv edilib. Azərbaycan dəmir yolunun 140 kilometr istismar uzunluğunda xətti və 30 stansiyası Ermənistan işğalçıları tərəfindən zəbt olunaraq tamamilə dağıdılıb.

2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə 30 illik yurd həsrətinə son qoymaqla yanaşı, işğaldan azad edilmiş torpaqlara yeni bir nəfəs, yeni bir dirçəliş gətirib. 2021-ci ildə Horadiz–Ağbənd və Bərdə–Ağdam dəmir yolu xətlərinin təməli qoyulub. Uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 78 faiz yerinə yetirilib, tikinti işlərinin yarıdan çoxu icra edilib. Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.

Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 85 faizi yerinə yetirilib. Gələn il onun başa çatdırılması nəzərdə tutulub.

Sürət qatarı

Bu gün ölkəmizin dəmiryol xəritəsində sürət qatarlarının sayı artmaqdadır. Nəticədə yük və sərnişin qatarlarının hərəkət sürəti əhəmiyyətli dərəcədə artıb. Son illər ərzində ekspres qatarlarının sürətinin saatda 140 kilometrə qədər çatdırılması üçün dəmir yollarında yeni rekonstruksiya işləri aparılır.

Görülmüş işlərin nəticəsi olaraq XXI əsrin əsas tikintilərindən olan Bakı-Tbilisi-Qars yeni dəmir yolu istifadəyə verilib. 2017-ci ildə istismara verilən dəmiryol xətti Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən keçərək Türkiyənin Qars şəhərinə uzanır. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti “Şərq–Qərb” nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına səbəb olub. Onun vasitəsi ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 günə qədər qısalıb. Yaxın gələcəkdə Bakı–Tbilisi–Qars xətti ilə sərnişinlərin də daşınmasına start veriləcək.

Bu ilin iyunun 15-dən isə beşillik fasilədən sonra Bakı-Qazax-Bakı marşrutu üzrə sürət qatarı fəaliyyətə başlayıb. Əvvəllər qatarla Bakıdan Qazaxa 8 saat 25 dəqiqəyə çatan sərnişinlər indi həmin məsafəni 5 saat 36 dəqiqəyə qət edəcəklər. İlkin qiymətləndirmələrə görə, həmin marşrut üzrə illik əlavə 10 minə yaxın sərnişinin daşınacağı gözlənilir.

2018–2020-ci illərdə Sumqayıt və Sabunçu dəmiryol vağzalları, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyası, 2019-cu ildə Abşeron dairəvi dəmir yolunun Sabunçu–Pirşağı xətti yenidənqurmadan sonra istifadəyə verilib. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Həmin yol Bakı və Abşeron yarımadasının ən vacib nəqliyyat layihələrindən biridir.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan dəmir yolunun lokomotiv və vaqon parkı hazırda Avropa və MDB ölkələrində istehsal olunan yeni nəsil hərəkət tərkibləri ilə təchiz olunur.

Epiloq əvəzi

Bir vaxtlar taqqıltısı ilə uşaq yuxularıma layla çalan qatarların yolu indi çox uzanıb. Müxtəlif yükləri vaxtlı-vaxtında ünvandan-ünvana, sərnişinləri mənzil başına çatdıran qatarlar fit verib stansiyaya daxil olurlar. Ana qucağı kimi açılan polad qollar onları qoynuna alır...

Yazı, “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

Bəşir Hacıyev: Kəlbəcər böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir

Məcnun Məmmədov: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirmək əsas hədəflərdəndir

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Moldovada Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

ÜST-nin Baş direktoru: Dünyada hər 4 nəfərdən 1-i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək

Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb

Paytaxtda yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü saxlanılıb

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Bilik Günündə 522 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək

Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır

Nazir: Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub

Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər

İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər

Qərbi Azərbaycan İcmasında Vətən, dəyərlər və gələcək mövzusunda görüş

Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub

Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək

“Gazelli Art House Baku”da müzakirə: “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs”

Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib

Səfir: Şuşaya vurulmuşam VİDEO

Səfir: Şuşaya vurulmuşam VİDEO

Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb

BOKT vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur

Sabahın hava proqnozu açıqlanıb

BOKT öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyənləşdirilib

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dolları ötüb

16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub

Türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub

Bu saata olan əsas xəbərlər

Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu. BDYPİ-dən xəbərdarlıq!

Qərbi Azərbaycan İcmasında bu il ali məktəblərə qəbul olmuş bir qrup gənclə görüş keçirilib

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir

DİN: 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakıda mühüm simpozium: “Altayşünaslığın dünəni, bu günü və sabahı”

Zaqatalada yanğınla bağlı taktiki təlim keçirilib

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Fransada yanacaq bahalaşır: “Sarı jiletlilər” yenidən küçələrə çağırılır

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Sentyabrın 12-si Ümumdünya İlk Tibbi Yardım Günüdür

Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür

Britaniya Ordusu kəşfiyyat üçün kamuflyajlı atları sınaqdan keçirir

Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək

Husilər Bab əl-Məndəb boğazındakı Perim adasını ələ keçiriblər

Tramp: Kanada avtomobil sənayesini qorumaq üçün ABŞ ştatına çevrilməlidir

Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb

ABŞ Rusiyanı G20 enerji nazirlərinin görüşünə dəvət edib

İsrail və Livan arasında Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəmərinə İraq ərazisindən hücum edilib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

MKİ 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədi açıqlayıb

Husilər: Hava zərbələri nəticəsində son bir həftədə 44 mülki şəxs ölüb

Pezeşkian: İran ABŞ-nin təzyiqi qarşısında təslim olmayacaq

Almaniyada ifrat sağçı siyasətçinin deportasiya ilə bağlı açıqlaması kəskin reaksiyalara səbəb olub

Media: İsrail qüvvələri Dəməşqin qərbindəki kəndi atəşə tutub

Fransanın şimalında qatar relsdən çıxıb, 20 nəfər yaralanıb

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb

“Fox News”: ABŞ qüvvələri İranla gərginlik fonunda gecə əməliyyatlarına hazırlaşır

“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib

Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub

Şuşada Meksikanın Müstəqilliyi Günü qeyd olunub VİDEO

Şuşada Meksikanın Müstəqilliyi Günü qeyd olunub VİDEO

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib

Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir

Prezidentin köməkçisi: Meksikanın Milli Müstəqillik Gününün Şuşada qeyd olunması yeni ənənənin əsasını qoyur VİDEO

Prezidentin köməkçisi: Meksikanın Milli Müstəqillik Gününün Şuşada qeyd olunması yeni ənənənin əsasını qoyur VİDEO

Hikmət Hacıyev: Azərbaycan-Meksika iqtisadi əlaqələrinin inkişafı üçün böyük imkanlar var VİDEO

Hikmət Hacıyev: Azərbaycan-Meksika iqtisadi əlaqələrinin inkişafı üçün böyük imkanlar var VİDEO

Hikmət Hacıyev: Meksikanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Hikmət Hacıyev: Meksikanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək

Meksika Azərbaycanla investisiya və ticarət mübadiləsini intensivləşdirmək niyyətindədir VİDEO

Meksika Azərbaycanla investisiya və ticarət mübadiləsini intensivləşdirmək niyyətindədir VİDEO

Meksika səfiri: Azərbaycanla siyasi dialoq və institusional təmaslar genişlənib VİDEO

Meksika səfiri: Azərbaycanla siyasi dialoq və institusional təmaslar genişlənib VİDEO

Naxçıvan komandası Türkiyədə keçirilən beynəlxalq turnirin qalibi olub

Bu saata olan əsas xəbərlər

Merkurinin diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinin yarımfinal cütlükləri bəlli olub VİDEO

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinin yarımfinal cütlükləri bəlli olub VİDEO

Elçin Camallı: Ümid edirəm ki, sabahkı görüşdə qələbə qazanaraq finala yüksələrik

® Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi xəstələrə keyfiyyətli və zamanında xidmət göstərir

Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verilib

Azərbaycanda İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı keçirilir YENİLƏNİB VİDEO

Azərbaycanda İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı keçirilir YENİLƏNİB VİDEO

Omanda Hörmüz boğazı ilə bağlı çoxtərəfli görüş olacaq

® Mərkəzi Gömrük Hospitalında “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi” mövzusunda növbəti təlim təşkil olunub

Sabah Xətai rayonunun 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan