İran Avropaya süni nəfəs aparatı ixrac edə bilər
Tehran, 20 aprel, AZƏRTAC
İranda koronavirusa yoluxaraq ölənlərin sayında azalma müşahidə edilsə də epidemiyanın öhdəsindən tam gəlmək mümkün olmur.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı aprelin 20-də İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. Onun sözlərinə görə son 24 saat ərzində İranda virusa yoluxanların sayı 83 min 505 nəfər, ölənlərin sayı isə 5 min 209-a çatıb.
Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə olunan 59 min 273 nəfər sağalaraq evə buraxılıb.
İranın elm və texnika üzrə vitse-prezidenti Soren Səttari bəyan edib ki, İranda həyata keçirilən tədbirlər nəticəsində virusun yayılma arealı daralıb. O bildirib ki, İran şirkətləri koronavirusla mübarizə istiqamətində yeni dərman preparatları hazırlayıb və sınaqdan çıxarıb. Bununla yanaşı İran yaxın günlərdə istehsalına başlanılacaq süni nəfəs aparatlarını Avropaya ixrac edə bilər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]