İran hava məkanını yenidən açıb
Bakı, 15 yanvar, AZƏRTAC
Tehran ABŞ ilə İran arasında mümkün hərbi əməliyyatlarla bağlı narahatlıqlar fonunda təxminən beşsaatlıq bağlanmadan sonra hava məkanını yenidən açıb. Bu, aviaşirkətləri bəzi uçuşları ləğv etməyə, marşrutu dəyişdirməyə və ya təxirə salmağa məcbur etmişdi.
AZƏRTAC xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının veb-saytında yerləşdirilmiş bildirişə əsasən İran çərşənbə günü saat 17:15-də (GMT ilə 22:15) rəsmi icazə ilə İrana daxil olan və çıxan beynəlxalq uçuşlar istisna olmaqla, bütün hava məkanlarını bağlamışdı.
Uçuş izləmə xidməti “Flightradar24”ün məlumatına görə, bildiriş saat 22:00-dan (GMT ilə 03:00) bir qədər əvvəl silinib. “Reuters” xəbər verir ki, xidmət İranın “Mahan Air”, “Yazd Airways” və “AVA Airlines” aviaşirkətlərinin beş reysinin ölkə üzərindən uçuşları bərpa edən ilk uçuşlar arasında olduğunu göstərir.
Müvəqqəti bağlanma Prezident Donald Trampın ən böyük hökumət əleyhinə etirazların keçirildiyi İrandakı vəziyyətə reaksiyasını nəzərdən keçirdiyi bir vaxta təsadüf etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]