Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ MƏHƏMMƏD XATƏMİNİN BƏYANATI

-Mehriban və bağışlayan Allahın adı ilə!

Tarix və coğrafiya iki dost və mehriban millət arasında çox böyük bağlılıqlar yaratmışdır. Bu bağlılıqlar siyasi şəxslərin üzərinə çox böyük məsuliyyət qoyur ki, biz siyasi, iqtisadi, mədəni və sair sahələrdəki əməkdaşlığı daha da genişləndirək və möhkəmləndirək. Bizim münasibətlərimizin təminatı müştərək tariximiz, dinimiz və müştərək mədəniyyətimizdir. Bizim sərhədlərimiz qarşılıqlı təhlükəsizliyimizi və inkişafımızı bir-birinə bağlayır.

Mən bu gün hörmətli Prezidentlə görüşümüzdə qeyd etdiyim kimi, bir daha deyirəm ki, İran-Azərbaycan sərhədləri sülh, dostluq və qardaşlıq sərhədləridir. Biz Azərbaycan Respublikasının təhlükəsizliyini və inkişafını özümüzün təhlükəsizliyimiz və inkişafımız hesab edirik. Bunu bir daha bəyan edirəm ki, hər iki ölkənin yüksək səviyyəli siyasi rəhbərliyinin münasibətlərimizin inkişafına böyük iradəsi vardır.

Bu gün imzalanan sənədlərin sayı və müxtəlif sahələri əhatə etməsi onu göstərir ki, bizim münasibətlərimiz bütün istiqamətlərdə inkişaf edəcəkdir. Biz buna əminik, elə bir mövzu yoxdur ki, müzakirələr və məsləhətləşmələr yolu ilə həll olunmasın. Münasibətlərimizi bütün istiqamətlərdə inkişaf etdirəcəyik və Allahın köməyi ilə yaxın zamanlarda Azərbaycan Respublikasının Təbriz şəhərində baş konsulluğunun açılmasının şahidi olacağıq. Mən inanıram ki, bu gün imzalanan sənədlər siyasi, iqtisadi və mədəni münasibətlərimizdəki inkişafı daha da genişləndirəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və onun komandasının mənə göstərdiyi yüksək qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürümü çatdırıram. Azərbaycan xalqının ümummilli lideri mərhum Heydər Əliyevin istəyi var idi ki, Azərbaycan-İran münasibətləri bütün sahələrdə inkişaf etsin. Bu, onun davamçıları, yəni bizlər tərəfindən həyata keçirilir və keçiriləcəkdir. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi bacarığı və idarəçilik qabiliyyəti ilə Azərbaycanı gün-gündən daha da inkişaf etdirəcəkdir.

X X X

Sonra Prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Hörmətli cənab Prezident Əliyev, İran İslam Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri və imzalanan sənədlərdən sonra Azərbaycan-İran münasibətlərinin gələcəyini necə görürsünüz?

İLHAM ƏLİYEV: Mən qeyd etdim ki, biz bu səfərə çox böyük əhəmiyyət veririk. Biz İranla Azərbaycan arasında olan münasibətlərə böyük önəm veririk. İran bizim üçün qonşu, dost ölkədir. Çox istəyirik ki, iki ölkə arasında olan münasibətlər daha da inkişaf etsin və bütün sahələrdə daha da güclənsin.

Bu gün imzalanmış sənədlər iki tərəfin siyasi iradəsini ifadə edir. Eyni zamanda, sənədlərin böyük əməli-praktiki əhəmiyyəti vardır. Enerji mübadiləsi sazişi, Naxçıvana İrandan təbii qazın ötürülməsi, Bakı-Astara yolunun yenidən qurulması və digər məsələlər bu sazişlərdə öz əksini tapıbdır. Əminəm ki, bu sazişlərin icrası nəticəsində iki ölkə, xalqlarımız bir-birinə daha da yaxın olacaqlar. Beləliklə, İranla Azərbaycan arasında münasibətlər yeni pilləyə qalxacaqdır. Biz bunu arzulayırıq. Əminəm ki, bu sazişlər bu arzuya çatmaq üçün gözəl zəmin yaradır.

SUAL: Mənim sualım İran Prezidentinədir. Cənab Prezident, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Konfransı Təşkilatında və digər qurumlarda uğurlu əməkdaşlıq edirlər. Bu əməkdaşlığın gələcəyi barədə nə deyərdiniz?

MƏHƏMMƏD XATƏMİ: Qeyd olunduğu kimi, bizim ikitərəfli münasibətlərimizdən əlavə, beynəlxalq və regional təşkilatlar çərçivəsində də Azərbaycan-İran əməkdaşlığı mövcuddur. O cümlədən İslam Konfransı Təşkilatı çərçivəsində. Təqribən bir aydan sonra həmin təşkilata üzv olan ölkələrin dövlət başçılarının zirvə toplantısı keçiriləcəkdir. Mən belə düşünürəm ki, region ölkələri, o cümlədən müsəlman ölkələri arasında müştərək problemlər, məsələlər vardır. Bunların birgə əməkdaşlıq nəticəsində aradan qaldırılmasına nail olmaq mümkündür. Xüsusilə, biz İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlığımızı genişləndirməklə, islam dünyasının problemlərinə və məsələlərinə birgə münasibət bildirməklə qarşıya çıxan məsələlərin həllinə nail ola bilərik.

Birgə inkişaf bütün islam ölkələrinin müştərək məsələsidir. Biz gərək birlikdə əməkdaşlıq edək. Xüsusilə də islam dininin elmə, biliyə və inkişafa verdiyi önəmli rola görə əməkdaşlıq etməliyik. Bu gün islam dünyasında səhv və ifrat hərəkətlər baş verir və bu hərəkətlərə görə başqa ölkələr islam dünyasını ittiham edirlər. Biz gərək İslam Konfransı Təşkilatı çərçivəsində sübut edək ki, islam dini sülh, əmin-amanlıq, təhlükəsizlik və inkişafın tərəfdarıdır.

Biz islam dünyasındakı bacı və qardaşlarımızın çəkdikləri əzab-əziyyətə biganə qala bilmərik. Bu sıradan biz Fələstin və İraqda müsəlman bacı-qardaşlarımızın çəkdikləri əzab-əziyyətlərə biganə qalmamalıyıq və bunlara qarşı öz münasibətimizi bildirməliyik. Biz belə düşünürük ki, Fələstin xalqının öz ədalətli haqqına çatması və orada sülhün bərpa olunması üçün əməkdaşlıq edilməlidir. İslam Konfransı Təşkilatının istəyi bundan ibarətdir ki, İraqda xalq hakimiyyəti qurulsun və xalqın seçdiyi demokratik bir hökumət yaradılsın.

Bizim İƏT çərçivəsindəki əməkdaşlığımızın səviyyəsi çox yüksəkdir. Ümid edirəm ki, yaxın gələcəkdə müsbət nəticələrə çatacağıq.

SUAL: Bu gün təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənəd imzalandı. Ümumiyyətlə, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması istiqamətində birgə əməkdaşlıq barədə Prezident Əliyevin fikirləri necədir?

İLHAM ƏLİYEV: İmzalanan sənəd böyük əhəmiyyət kəsb edir. Bu, bizə imkan verəcək ki, təhlükəsizlik məsələlərində səylərimiz daha da güclənsin və əlaqələndirilsin. Biz çox istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun. Amma əfsuslar olsun ki, hələlik regionda buna nail ola bilmirik. Region üçün, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün ən böyük maneçilik törədən problem Ermənistanın Azərbaycana təcavüzüdür. Bu təcavüzün nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilib və 1 milyondan artıq azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşübdür.

Ermənistanın bu işğalçı siyasəti müasir dünyada gedən proseslərlə ziddiyyət təşkil edir. Ermənistan tərəfindən edilən bu təcavüz, əlbəttə, çox çəkə bilməyəcəkdir. Azərbaycan öz doğma torpaqlarını azad edəcəkdir. Biz istəyirik ki, buna sülh yolu ilə nail olaq. Məhz buna görə sülh danışıqlarında iştirak edirik. Biz tələb edirik ki, bu məsələ öz həllini beynəlxalq hüquq normaları əsasında tapsın, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Biz bütün başqa ölkələrin ərazi bütövlüyünü tanıyırıq və eyni münasibəti gözləyirik. Əgər bu region üçün ən böyük təhlükə, yəni Ermənistanın işğalı aradan qalxarsa, o zaman bölgəyə sülh, əmin-amanlıq, əməkdaşlıq gələcəkdir. Amma əlbəttə, Ermənistanın işğalçı siyasətinə görə hələlik tam mənada regional əməkdaşlıq mümkün deyildir. Biz çalışmalıyıq ki, regionda sülhün, təhlükəsizliyin təmin olunmasında öz səylərimizi birləşdirək. Bu baxımdan imzalanmış sazişlər, İranla Azərbaycan arasında bu sahədə olan əməkdaşlıq xüsusi rol oynayır.

SUAL: Mənim sualım İran Prezidentinədir. Cənab Prezident, Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq ildən-ilə genişlənir. Sözsüz ki, Sizin bu səfəriniz bu əlaqələrə yeni təkan verəcəkdir. İqtisadi əməkdaşlıq çərçivəsində Naxçıvanda İran tərəfindən xeyli layihələr həyata keçirilir. Ümumiyyətlə, bu səfərinizdən sonra Naxçıvanda yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulurmu?

MƏHƏMMƏD XATƏMİ: Mən bu suala cavab verməzdən əvvəl İslam Konfransı Təşkilatı ilə əlaqədar bir məsələyə toxunmaq istərdim. Bu təşkilat çərçivəsində qəbul olunan qətnamələrdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı tanınır və bu fakt pislənilir. İslam Konfransı Təşkilatının üzvü kimi İran qəbul olunan qətnaməni dəstəkləyir.

Mən burada bir daha elan edirəm ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir, Azərbaycan Respublikasına məxsusdur. Biz bu məsələnin həlli istiqamətində zor işlədilməsini pisləyirik. Bu məsələnin həlli istiqamətində aparılan danışıqları və problemin sülh yolu ilə həll olunması üçün göstərilən iradəni alqışlayır və dəstəkləyirik və məsələnin həlli ilə bağlı əlimizdən gələn köməyi əsirgəməyəcəyik. Biz bu sahədə əməkdaşlıq etməyə hazırıq.

İndiyədək İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq çox geniş və müxtəlif istiqamətli olmuşdur. O cümlədən qeyd etmək istərdim ki, mənim səfərim zamanı imzalanan və razılaşdırılan bir çox məsələlərin bir hissəsi də Naxçıvan Muxtar Respublikasına aiddir. Bu da şübhəsizdir ki, bizim münasibətlərimiz gələcəkdə də davam edəcək və indikindən daha geniş şəkildə inkişaf edəcəkdir.

X X X

Mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai, nazirlər, komitə rəhbərləri, İran nümayəndə heyətinin üzvləri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO