İran Kanada məhkəməsinin qərarına etiraz edir
Tehran, 25 may, AZƏRTAC
İran məhkəməsindən başqa heç bir dövlətin məhkəməsinin Ukraynaya məxsus təyyarənin qəzaya uğramasını araşdırmağa və bu barədə hökm çıxarmağa ixtiyarı yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmaili deyib. O bildirib ki, İran ərazisində baş verən insidenti beynəlxalq qanunlara uyğun olaraq yalnız İran məhkəməsi araşdırıb qərar çıxarmaq ixtiyarına malikdir. Digər dövlətlərin bu məsələni araşdıraraq qərar verməsi qanunsuzdur və siyasi xarakter daşıyır.
Q.İsmaili bildirib ki, hadisənin iştirakçıları və şahidlər olmadan Kanadanın Ontario əyalət məhkəməsinin qərarı heç bir qanuna uyğun deyil. Məhkəmə yalan və həqiqəti əks etdirməyən bəyanatlara əsaslanaraq qərar qəbul edib ki, İran bunu qəbul edə bilməz.
Qeyd edək ki, 2020-ci ilin yanvarında Tehrandan Kiyevə uçan “Boeing-737” tipli sərnişin təyyarəsi havaya qalxdıqdan iki dəqiqə sonra raket atəşi ilə vurulub. Nəticədə 176 nəfər həlak olub.
Ötən həftə Kanada məhkəməsi bu məsələni araşdıraraq qərar qəbul edib. Qərarda təyyarənin bilərəkdən vurulduğu və bu hadisənin terror aktı olduğu əksini tapıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]