İRAN PREZİDENTİ MƏHƏMMƏD XATƏMİ TƏZƏPİR MƏSCİDİNDƏ OLMUŞDUR
Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə ehtiramla qarşıladı.
İran Prezidenti Məhəmməd Xatəmi Təzəpir məscidini tikdirən Nabat xanımın məzarını ziyarət etdi. Sonra məscidə ehtiram olaraq Təhiyyə namazı qıldı. Məhəmməd Əleyhissəlamın sevimli qızı xanım Fatimeyi-Zəhranın mövlud günü münasibətilə bütün müsəlmanları təbrik etdi.
Dindarlarla görüşən ali qonaq Azərbaycanda müsəlmanların ibadətinə, məscid və ziyarətgahların fəaliyyətinə yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi, bu sahədə Qafqaz Müsəlmanları İdarəsinin işini yüksək dəyərləndirdi.
Prezident Məhəmməd Xatəmi Təzəpir məscidinin xatirə kitabına ürək sözlərini yazdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:58]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]