İran saytları IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən yazır
Tehran, 13 may, AZƏRTAC
İranın “İrna”, “Mehr”, “İsna”, “Tabnak” saytları Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən yazır.
Saytlarda qeyd olunur ki, mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarına rəsmən start verilib və bu münasibətlə Bakı Olimpiya Stadionunda möhtəşəm tədbir keçirilib. İran da daxil olmaqla yarışlara 57 müsəlman ölkəsindən dörd minədək idmançı qatılıb. Azərbaycan hökuməti idmançıların və onların məşqçılərinin rahatlığını və təhlükəsizliyini yüksək səviyyədə təmin edib.
“Tabnak” saytı isə öz oxucularına IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən fotosessiya təqdim edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran