İran televiziyası namizədlər üçün vaxt bölgüsü aparıb
Tehran, 27 may, AZƏRTAC
İranın Radio və Televiziya Təşkilatı prezident seçkiləri üçün təşkil olunan təbliğat kampaniyası zamanı bitərəfliyini qoruyub saxlayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Dövlət Radio və Televiziya Təşkilatının rəhbəri Əbdüləli Əsgəri deyib. O bildirib ki, bütün namizədlərə təbliğat və təşviqat işləri üçün bərabər imkanlar yaradılacaq. Onun sözlərinə görə artıq vaxt bölgüsü aparılıb və namizədlərin televiziya çıxışları üçün cədvəl hazırlanıb.
Qeyd edək ki, iyunun 18-də İranda 13-cü prezident seçkiləri keçiriləcək. Prezidentlik iddiasında olan 500-dən çox adam namizədliyini irəli sürərək qeydiyyatdan keçib. Lakin İran qanunlarına əsasən namizədlər Konstitusiyanın Mühafizə Şurası tərəfindən nəzərdən keçirilib və yalnız 7 nəfər seçkilərə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]