İrana qarşı yeni sanksiyalar tətbiq edilib
Tehran, 5 noyabr, AZƏRTAC
ABŞ-ın Maliyyə Nazirliyi İrana məxsus 27 internet resursun bağlanması haqqında qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, qərarda əsasən xəbər agentliklərinin saytlarının bağlanması nəzərdə tutulub. Qeyd olunur ki, bu saytlar ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə ediblər.
İran mətbuatı yazır ki, seçkiyə müdaxilə iddiası, sadəcə olaraq, bəhanədir. İnternet saytları ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etmək imkanında deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, sanksiyaya məruz qalan internet resursları seçkilərdə baş verən saxtakarlıqları işıqlandırıb ki, bu da Vaşinqtonda xoş qarşılanmayıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Hələlik qalib elan olunmayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]