İrana qarşı yeni sanksiyalar tətbiq edilib
Tehran, 6 yanvar, AZƏRTAC
ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar siyahısını daha da genişləndirərək ona məxsus 16 şirkətin adını sanksiyalar siyahısına əlavə edib.
AZƏRTAC ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, sanksiyalar əsasən metallurgiya sahəsində fəaliyyət göstərən şirkətlərə tətbiq edilib. Bununla yanaşı, Çin, Almaniya və Böyük Britaniyada fəaliyyət göstərən bəzi şirkətlər də sanksiya rejimini pozmaqda ittiham edilərək adları siyahıya salınıb.
ABŞ-ın tətbiq etdiyi sanksiyalar qanununa əsasən bu şirkətlərin ABŞ-da olan aktivləri dondurulur və onlarla hər hansı əlaqə qurmaq qadağan edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]