İranda bir gündə koronavirusdan 215 nəfər ölüb
Tehran, 24 iyul, AZƏRTAC
Son 24 saat ərzində İranda 2 min 489 nəfər koronavirusa yoluxub, 215 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında bildirib.
Bununla da İranda virusa yoluxanların ümumi sayı 286 min 523 nəfərə, ölənlərin sayı isə 15 min 289-a çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 249 min 212 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 653 xəstənin vəziyyəti ağır olaraq qalır.
Mətbuat katibi nəzərə çatdırıb ki, əvvəlki kimi İranın Şərqi və Qərbi Azərbaycan, Rəzavi Xorasan, Əlborz, Xuzistan, Fars, Zəncan, Gülüstan, Kirman, Loristan vilayətlərində vəziyyət ağır olaraq qalıb. Bu vilayətlərdə koronavirusa yoluxma və ölüm halları daha çox müşahidə edildiyi üçün qırmızı zonaya daxildir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]