İranda ilk sünni siyasətçi vilayət rəhbəri təyin edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
İranın yeni Prezidenti Məsud Pezeşkian sentyabrın 18-də sünni müsəlman azlığın nümayəndəsini Kürdüstan vilayətinin qubernatoru vəzifəsinə təyin edib.
AZƏRTAC IRNA agentliyinə istinadla xəbər verir ki, Araş Zərehtan ölkənin qərb vilayətinin başçısı təyin edilib. Bu barədə agentliyə İran hökumətinin sözçüsü Fatimə Muhacerani məlumat verib.
Araş Zərehtan 1979-cu il İslam inqilabının ilk günlərindən bəri şiələrin çoxluq təşkil etdiyi ölkədə regional qubernator təyin edilən ilk sünnidir. Qırx səkkiz yaşlı siyasətçi 2020-ci ildən Pave şəhərinin deputatıdır.
Sünnilər rəsmi dövlət dini şiəlik olan İran əhalisinin təxminən 10 faizini təşkil edir. Onlar inqilabdan sonra çox nadir hallarda əsas hakimiyyət vəzifələrinə təyin olunublar.
Pezeşkian seçki kampaniyası zamanı etnik və dini azlıqların, xüsusilə də sünni kürdlərin mühüm vəzifələrdə təmsil olunmamasını tənqid edib. O, avqust ayında sünni azlığın başqa bir üzvünü – Əbdülkərim Hüseynzadəni vitse-prezident vəzifəsinə təyin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2026 [11:37]
BMT-nin Qadınlar Diplomatiyada Beynəlxalq Günü
- 24.06.2026 [11:28]
ABŞ-nin neft ehtiyatları azalıb
- 24.06.2026 [11:26]
Türkiyədə “brilyant” adı ilə sintetik almazların satışı qadağan edilib
- 24.06.2026 [11:17]
Rusiyanın Nijeqorod vilayətində PUA hücumu zamanı iki nəfər ölüb
- 24.06.2026 [11:11]
Türkiyədə bələdiyyələrə turizm məqsədləri üçün canlı yayım qadağan edilib
- 24.06.2026 [11:04]
Şimali Koreya donanmasını genişləndirir
- 24.06.2026 [10:58]
Hesabat: Dünyada milyarderlərin sayı 4 min nəfəri keçib
- 24.06.2026 [10:56]
Gelencik hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 24.06.2026 [10:46]
Qərbi Avstraliyada pilotun ölümü ilə nəticələnən təyyarə qəzası baş verib
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:28]
BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq
- 23.06.2026 [23:52]
Faiq Əhməd: İncəsənətin əsasında hər zaman fikir dayanır
- 23.06.2026 [23:39]
Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib
- 23.06.2026 [23:20]
Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib
- 23.06.2026 [23:03]
Azərbaycan Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"
- 23.06.2026 [22:45]
Tramp: İranla bağlı işlər çox yaxşı gedir
- 23.06.2026 [21:58]
İrkutsk vilayəti Azərbaycanla əməkdaşlığı genişləndirir
- 23.06.2026 [21:43]