DÜNYA
İranda İslam inqilabının ildönümü qeyd olunur
Tehran, 11 fevral, AZƏRTAC
Bu gün İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə Tehranda və digər böyük şəhərlərdə yürüş keçirilir.
AZƏRTAC xəbər verir ki, Tehranda keçirilən yürüşdə dövlət və hökumət nümayəndələri də iştirak edirlər.
Qeyd edək ki, 1979-cu il fevralın 11-də İranda İslam inqilabı baş verib. Şah rejiminin həyata keçirdiyi siyasətə etiraz edən din xadimləri ölkənin müstəqil inkişaf yoluna çıxması üçün mübarizə aparıblar. Mühacirətdə yaşayan inqilabın banisi Ruhullah Xomeyni 1979-cu il fevralın 1-də Parisdən Tehrana qayıtdı və 10 gündən sonra İranda inqilab baş verdi. Rza şah Pəhləvi məcburiyyət qarşısında qalaraq ölkəni tərk etdi.
İnqilabdan sonra formalaşan yeni hökumət Böyük Britaniyanın, ABŞ-ın və digər Qərb ölkələrinin milli siyasətə təsir etmələrinin qarşısını aldı. İri neft şirkətləri milliləşdirildi və İran müstəqil siyasət yürütməyə başladı və elə bundan sonra Qərb ilə İran arasında kəskin ziddiyyətlər meydana gəldi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:43]
Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub
- 02.07.2024 [15:41]
Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək
- 02.07.2024 [15:30]
Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib
- 02.07.2024 [15:25]
Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb
- 02.07.2024 [14:47]
“Beril” qasırğası Karib hövzəsinə çatıb
- 02.07.2024 [14:42]