İranda koronavirusdan bir gündə 107 nəfər ölüb
Tehran, 14 iyun AZƏRTAC
İyunun 14-də İranda 2 min 472 nəfər koronavirusa yoluxub, 107 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib. Onun sözlərinə görə, bu günə kimi İranda 187 min 427 nəfər virusa yoluxub, 8 min 837 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 148 min 674 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]