İranda koronavirusun yayılması ilə əlaqədar vəziyyət tədricən sabitləşir
Tehran, 26 may, AZƏRTAC
Koronavirusla mübarizə çərçivəsində bu günə kimi İran 7 milyon 500 min doza peyvənd idxal edib ki, bu da Qırmızı Aypara Cəmiyyətinin xətti ilə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Məhəmməd Həsən Müqəddim məlumat verib. O bildirib ki, peyvəndin əldə olunması olduqca çətin məsələdir. Sanksiyalara görə pul köçürmək imkanı yoxdur. Lakin Qırmızı Aypara Cəmiyyəti az da olsa İrana peyvənd gətirə bilib.
Qeyd edək ki, 82 milyon əhalisi olan İran üçün 7 milyon 500 min doza peyvənd çox azdır.
İranın səhiyyə naziri Səid Nəmaki isə bəyan edib ki, yaxın günlərdə əhali İran istehsalı olan peyvənd ilə təmin ediləcək. Onun sözlərinə görə iyunun 21-dən başlayaraq əhaliyə yerli “Cov İran Barakat” peyvəndi vurulacaq.
Nazirliyin açıqlamasına görə son 24 saat ərzində İranda 10 min 468 nəfər yoluxma, 163 ölüm halı qeydə alınıb. Bununla da yoluxanların ümumi sayı 2 milyon 865 min 864 nəfərə, ölənlərin sayı isə 79 min 219-a çatıb. Yoluxaraq müalicə alan 2 milyon 379 min 139 nəfər isə sağalıb.
İranda koronavirusun yayılması ilə əlaqədar vəziyyət tədricən sabitləşir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]