İranda virusa yoluxan 1 milyon 253 min 554 xəstə sağalıb
Tehran, 8 fevral, AZƏRTAC
İranda COVID-19 infeksiyasına yoluxanların və yoluxaraq ölənlərin sayında azalma davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 24 saat ərzində İranda koronavirusa 6 min 65 nəfər yoluxub, 57 nəfər isə ölüb. Bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 466 min 435 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 469-a çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 789 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 253 min 554 xəstə sağalaraq evə buraxılıb.
Mətbuat katibi nəzərə çatdırıb ki, bu gündən əhaliyə peyvənd vurulması prosesi başlayacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]