İranın 24 vilayətində koronavirus daha çox yayılıb
Tehran, 24 noyabr, AZƏRTAC
Noyabrın 23-nə olan məlumata əsasən İranda 13 min 721 nəfər koronavirusa yoluxub, 483 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 880 min 542-ə, yoluxaraq ölənlərin sayı isə 45 min 738-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 824 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 617 min 715 nəfər isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, noyabrın 21-dən başlayaraq İranda 2 həftəlik sərt karantin rejimi tətbiq edilir. İranın 24 vilayəti hələ də qırmızı zonaya daxildir. Fars əyalətində koronavirus infeksiyası xüsusilə geniş şəkildə yayılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]