İranın nüvə proqramını bərpa etməsi ABŞ və Avropanı narahat edir
Tehran, 7 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru vəzifəsini icra edən Kornel Feruta sentyabrın 8-də İrana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, K.Ferutanın Tehranda İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, rəsmi Tehran nüvə proqramını bərpa etdiyini bəyan etdikdən dərhal sonra K.Ferutanın Tehrana səfərə hazırlaşması təsadüfi xarakter daşımır.
İran və Qərb mətbuatında dərc olunan materialların təhlili göstərir ki, həm ABŞ, həm də Avropa ölkələri İranın nüvə proqramını bərpa etməsindən narahat olublar. Buna görə də, İranı danışıqlara razı salmaq üçün beynəlxalq agentliyin rəhbərini Tehrana göndəriblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]