İRANIN VƏ AZƏRBAYCANIN ENERGETİKA İDARƏLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Respublika milli energetika idarəsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən ilin iyul ayında C&S konsaltinq şirkəti “Azərenerji”nin tapşırığı ilə “İranla Azərbaycan arasında elektrik enerjisi mübadiləsinin texniki imkanlarının 200 meqavatdan 700 meqavata çatdırılması” layihəsi üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlamışdır.
TİƏ-də qeyd edilir ki, fəaliyyətdə olan İmişli (Azərbaycan)–Parsabad (İran) sistemlərarası elektrikötürmə xəttinin buraxıcılıq qabiliyyəti artıq müasir tələblərə cavab vermir. Danışıqlar nəticəsində iki ölkənin mütəxəssisləri dövlətlərarası enerji axınını indiki 200 meqavatdan 700 meqavata çatdırmaq barədə konsepsiya hazırlamışlar.
Bu strateji vəzifəni həyata keçirmək üçün təkcə Azərbaycan ərazisində təxminən 350 kilometr uzunluğunda yüksəkgərginlikli elektrik xətləri çəkmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]