İranın xarici işlər naziri: ABŞ-ın sanksiyalarına müqavimət göstərəcəyik
Bakı, 29 iyun, AZƏRTAC
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün Twitter səhifəsində qeyd edib ki, İran xalqı ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalara müqavimət göstərəcək.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, iranlı nazir yazıb: “1980-cı illərdə İraqın lideri Səddam Hüseynin İran şəhərinə kimyəvi silahla hücum etməsinə dözən xalqımız Birləşmiş Ştatların sanksiyaları qarşısında da duruş gətirəcək. Biz o vaxt həmin sınaqdan çıxdıq və indi də bunu edəcəyik”.
Məhəmməd Cavad Zərif əlavə edib ki, İraqla müharibə zamanı Sərdəşt şəhərinə kimyəvi silahlarla hücum vaxtı iranlılar buna mətanətlə dözdülər. “Biz Qərbin Səddamı necə silahlandırdığı və dəstəklədiyini unutmamışıq. BMT Təhlükəsizlik Şurası da heç bir zaman həmin hadisəni pisləməyib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]