İRAQ KOMANDASI AFİNAYA ÇOX MƏXFİ ŞƏRAİTDƏ GƏLMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Avstraliyanın hərbi təyyarəçiləri İraqın yığma olimpiya komandasına Bağdaddan Afina Oyunlarına getməyə kömək etmişlər. Avstraliya hərbi hava qüvvələrinin “Hercules C-130” nəqliyyat təyyarəsi 48 İraq idmançısını son dərəcə məxfi şəraitdə İordaniyaya gətirmişdir. Buradan onlar Afinaya adi kommersiya reysi ilə yola düşəcəklər.
İraq olimpiyaçılarının Yunanıstana gedəcəyi barədə məlumat təhlükəsizlik məqsədi ilə çox məxfi saxlanılırdı. Bu məlumat İraq idmançılarını aparan təyyarə Əmmanın beynəlxalq hava limanına sağ-salamat endikdən sonra açıqlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]