İraqda ABŞ hərbçilərinin maşın karvanına hücum olub
Tehran, 7 fevral AZƏRTAC
Bu gün səhər saatlarında ABŞ-ın İraqdakı hərbçilərinin maşın karvanına silahlı hücum olub.
AZƏRTAC “Saberin News” telekanalına istinadla xəbər verir ki, Suriya və Küveytdə yerləşən ABŞ hərbi bazalarından İraqa doğru hərəkən edən hərbi maşın karvanı silahli hücuma məruz qalıb. İraqın Babil vilayətinin Əl-Müseyib şəhəri yaxınlığında baş verən insident zamanı ABŞ əsgərlərinə zərər dəyməsə də, bir neçə hərbi texnika sıradan çıxıb.
Hücumda əldəqayırma bombalardan istifadə olunduğu bildirilir.
Xatırladaq ki, ötən il İraq parlamenti ABŞ hərbi kontingentinin ölkədən çıxarılması barədə qanun qəbul edib. Qanuna görə, Birləşmiş Ştatların İraqdakı hərbçiləri mərhələli şəkildə ölkəni tərk etməlidir. Qanunun qəbulundan bir il ötməsinə baxmayaraq, ABŞ hərbçiləri hələ də bu ölkədə fəaliyyətlərini davam etdirirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]