İRAQDA SIXIŞDIRILAN TERRORÇULAR İŞĞAL ALTINDA OLAN ƏRAZİLƏRİMİZƏ KEÇƏ BİLƏRLƏRMİ?
AzərTac-ın müxbirinin bu barədə sualına milli təhlükəsizlik nazirinin müavini Fuad İsgəndərov cavab verərək demişdir ki, respublikada, regionda və dünyada gedən proseslər ciddi şəkildə izlənilir və proqnozlaşdırılır. İraq müaribəsi Azərbaycanda nə ictimai-siyasi, nə də sosial vəziyyətə təsir göstərə bilməz.
Ancaq İraqda hərbi əməliyyatlar zamanı sıxışdırılan terrorçuların işğal altında olan ərazilərimizə keçmək ehtimalı isə böyükdür. Problem ondan ibarətdir ki, Azərbaycanın işğal altında olan əraziləri nəzarətdən kənardadır və İraqda sıxışdırılan terrorçular xarici dövlətlərin, xüsusən də Ermənistanın ərazisindən keçməklə işğal altında olan bölgələrimizə gələ bilərlər. Təkrar edirəm, həmin ərazilər bizim nəzarətimizdə deyil, ona görə də beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməyə çalışırıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]