İRAQDA TÜRK YÜK MAŞINININ SÜRÜCÜSÜ GİROV ALINMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İraqda özlərini “Əbdülqadir Gilani əsgərləri” adlandıran bir qrup, burada işləyən Tahsin Top adlı daha bir türk yük maşını sürücüsünü girov götürmüş və sürücünün işlədiyi “Atahan beynəlxalq nəqliyyat” şirkətinin İraqdakı fəaliyyətlərinə son verməsini tələb etmişlər. Əks təqdirdə sürücünü edam edəcəklərini bildirmişlər. Türkiyədə yerləşən “Atahan beynəlxalq nəqliyyat” şirkəti İraqdakı yaraqlıların tələblərini qəbul edərək, əməkdaşlarının azad olunması üçün bu ölkədəki fəaliyyətlərini dayandırdığını açıqlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]