İraqın nəqliyyat və İKT sahələrində Azərbaycan təcrübəsindən yararlanma imkanları müzakirə edilib
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizdə rəsmi səfərdə olan İraq Parlamentinin nümayəndə heyəti arasında görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkələr arasında nəqliyyat, kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın gələcək perspektivləri, o cümlədən İraq tərəfinin müxtəlif sahələrdə Azərbaycan təcrübəsindən yararlanma imkanları müzakirə edilib.
Görüşdə, həmçinin Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi və hava daşımaları sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]