İRAQIN YENİ HÖKUMƏTİNDƏ ŞİƏLƏR APARICI ROL OYNAYACAQLAR
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, İraqın müvəqqəti Prezidenti Qazi əl-Yavər fevralın 2-də mətbuat konfransında bəyan etmişdir ki, tezliklə formalaşdırılacaq yeni hökumətdə şiələr aparıcı rol oynayacaqlar.
Onun dediyinə görə, şiələr ümumi seçkilərdə qalib gəlmişlər, indi İraqın siyasi qüvvələri hakimiyyətin bölüşdürülməsində razılığa nail olmağa çalışırlar.
İraqın Prezidenti Qazi əl-Yavər sünnidir, Baş nazir Əyyad Əllavi - şiə, Baş nazirin iki müavini isə şiə və kürddür. Yavər hesab edir ki, hakimiyyətin bu cür bölgüsü yanvarın 30-da keçirilmiş seçkilərdən sonra da qüvvədə qalacaqdır.
İraqın daimi konstitusiyası qəbul edildikdən və ölkənin milli parlamentinə seçkilər keçirildikdən sonra hakimiyyətin həmin bölgüsü qüvvədən düşəcəkdir. Hökumətdə ali vəzifəni tutacaq şəxs seçkinin nəticəsindən asılı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]