İrqçiliyə görə saxlanılan qadın futbolçular azadlığa buraxılıb
Bakı, 29 dekabr, AZƏRTAC
Argentinanın “River Pleyt” və Braziliyanın “Qremio” komandaları arasında keçirilmiş oyunda saxlanılan qadın futbolçular barədə qərar verilib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, irqçi hərəkətlərə görə həbs edilən “River Pleyt”in dörd oyunçusu azadlığa buraxılıb.
Kandela Dias, Kamila Duarte, Xuana Kanqaro və Milaqros Dias proses yekunlaşana qədər hər ay Braziliyanın San-Paulu şəhərində yerləşən məhkəmədə dindiriləcəklər.
Qeyd edək ki, dekabrın 21-də reallaşan matçda Argentina yığmasının üzvü Kandela Diaz rəqib oyunçuya irqçi sözlər işlətdiyi üçün meydanda kütləvi dava baş verib. Qarşılaşmanın baş hakimi 6 futbolçuya qırmızı vərəqə göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]