İŞÇİ QRUP MDB ALİ NİZAMNAMƏ ORQANLARININ PROSEDUR QAYDALARI LAYİHƏSİNİ RAZILAŞDIRMIŞDIR
Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının və MDB İqtisadi Şurasının prosedur qaydaları layihəsi razılaşdırılmışdır. MDB İcraiyyə Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, həmin sənədlərin hazırlanması üçün yaradılmış işçi qrupun iclası iyunun 26-27-də Minskdə MDB İcraiyyə Komitəsində keçirilmişdir.
Ali nizamnamə orqanlarının prosedur qaydaları iclasların keçirilməsi, sənəd layihələrinin hazırlanması, təqdim edilməsi və təsdiqlənməsi, nümayəndə heyətlərinin və iclas iştirakçılarının say və fərdi tərkibi ilə bağlı və digər məsələləri tənzimləyir. Yeni redaksiyaya dövlət başçılarının qeyri-formal görüşlərinin, ali nizamnamə orqanlarının məhdud formatda iclaslarının keçirilməsinə dair müddəalar daxil olacaq, iclaslara beynəlxalq qurumların nümayəndələrinin dəvət olunması qaydasının reqlamenti müəyyən ediləcəkdir.
İşçi qrup MDB sənədləri layihələrinin razılaşdırılması üzrə ekspert qruplarının iclaslarının hazırlanması və keçirilməsi qaydası layihəsini də əsasən razılaşdırmışdır.