CƏMİYYƏT
İşğaldan azad edilən ərazilərin minalarla çirkləndirilməsi məzar yerlərində qazıntı işlərini aparmağa imkan vermir

Bakı, 18 sentyabr, AZƏRTAC
Ermənistanın hərbi təxribatlarına qarşı 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində ölkəmizin ərazilərinin işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına böyük ümidlər yaratdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
Onun sözlərinə görə, hazırda həmin ərazilərin mina və partlamamış sursatlarla çirkləndirilməsi məzar yerlərində qazıntı işlərini aparmağa imkan vermir, itkin ailələrinin iztirablarının uzanmasını şərtləndirir.