İslam Həmrəyliyi İdman Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) Baş Assambleyasından öncə keçirilən İdarə Heyətinin 36-cı iclası “Zoom” proqramı üzərindən onlayn şəkildə təşkil olunub.
Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a verilən məlumata görə, iclasda MOK-un və İSSF-in vitse-prezidenti Çingiz Hüseynzadənin də iştirakı ilə Baş Assambleyanın gündəliyindəki bir çox məsələ barədə danışılıb.
Görüşdə İdarə Heyətinin 35-ci iclasının protokolunun təsdiqi, İSSF Əsasnaməsində dəyişikliklər, növbəti İslamiadaya ev sahibliyi ilə bağlı hesabat, eləcə də 2029-cu ildə 7-ci dəfə təşkil olunacaq analoji yarışa ev sahibliyi və İSSF-in yeni loqosu üçün təkliflər müzakirə olunub.
Daha sonra baş katibliyin 2023-cü ilin mart-noyabr ayları üzrə hesabatı, İSSF-in gələcək strategiya planı, 2024-cü il üçün maliyyə planı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]