Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

İslam İncəsənəti Biennalesi çərçivəsində “Azərbaycan musiqisi” adlı multimedia layihəsinin təqdimatı olub

Bakı, 22 may, Emil Məlikov, AZƏRTAC

Səudiyyə Ərəbistanın Ciddə şəhərində ilk İslam İncəsənəti Biennalesinin təntənəli bağlanış mərasimləri çərçivəsində "Azərbaycan musiqisi” adlı multimedia layihəsi təqdim edilib.

AZƏRTAC xəbər verir ki, İslam incəsənətinin mənəvi, yaradıcı və estetik tərəflərinin keçmiş, hazırkı və gələcəyinin öyrənilməsinə həsr olunmuş biennalesdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında Azərbaycan pavilyonunun təqdimatı olub. Pavilyonda muzeyin kolleksiyasına məxsus dəyərli eksponatlar, həmçinin XIII əsrin yeganə tam əlyazması olan Əyyuqinin “Vərqa və Gülşah” poeması, eləcə də rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan “Vərqa və Gülşah: geri dönüş” adlı multimedia instalyasiyası da göstərilib.

Tədbirdə multimedia layihələri haqqında ümumi məlumat verilərək qeyd olunub ki, “Keçmişin səsi” adlı audiovizual instalyasiya Azərbaycanın qədim petroqlifləri, həmçinin İslam mədəniyyətinin zəngin tarixi, incəsənətini özündə birləşdirən hipnotik bir zaman və mədəniyyət səyahətidir. Bu hər iki mədəniyyətin unikal incəsənət ifadələrini və aralarındakı dərin bağlantını ehtiva edir. Səs və vizual elementlər izləyicini İslam incəsənətinin gözəlliyini və mürəkkəbliyini, petroqliflərin əsrarəngiz cazibəsini hiss edə biləcəyi başqa bir dünyaya aparır. İnstalyasiya bir neçə hissəyə bölünüb, hər biri İslam incəsənəti və petroqliflərin müxtəlif aspektlərini birləşdirir. İlk bölmə izləyiciyə İslam incəsənəti dünyasını təqdim edərək, onun gözəlliyini, kompleksliyini, diversitetini göstərir. İkinci bölmə izləyicini Azərbaycanın qədim petroqliflərini araşdırmağa aparır və onların sirlərini, eləcə də qəhrəmanlıqlarını nümayiş etdirir. Üçüncü bölmə iki dünyanı birləşdirir, İslam incəsənəti və petroqliflər arasındakı bağlantıları, həmçinin onların bir-birinə təsirini vurğulayır. "Əbədi səs mənzərələri" adlı audiovizual instalyasiyalar isə Azərbaycan, Qazaxıstan və Özbəkistan xalqlarının musiqi mənbələrini ən son texnologiyalarla birləşdirən canlı ifadır. Bu innovativ layihə postSovet İslam ölkələrinin musiqi ənənələrinin zəngin irsini əks etdirir.

Sonra Azərbaycanın mədəni irsinin, zəngin musiqi sənətinin təbliği məqsədilə “Azərbaycan musiqisi” adlı multimedia layihəsinin təqdimatında canlı musiqi müşayiəti ilə tar ustası İbrahim Babayev və istedadlı qrafik dizayner Timur Əmirxan “Keçmişin səsi”, eyni zamanda, peşəkar rəssam, səs sənətçisi (sound artist) Fərhad Fərzəliyev “Əbədi səs mənzərələri” adlı audiovizual instalyasiyalarla çıxış ediblər.

Bundan əlavə tədbir çərçivəsində Azərbaycan mətbəxinin tanıtımı məqsədilə milli təamların nümayişi və dequstasiyası da keçirilib. Milli mətbəxin tarixi və ənənələrini, həmçinin İslam mədəniyyəti ilə əlaqələrini əks etdirən milli yeməklər, şirniyyatlar ziyarətçilərə təqdim olunub. Layihənin kuratoru Könül Rəfiyevadır.

Qeyd edək ki, İslam İncəsənəti Biennalesinin təntənəli bağlanış mərasimləri mayın 23-dək davam edəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Çili arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibəti ilə rəsmi qəbul keçirilib

“Hubble” teleskopunun fəaliyyət dairəsi məhdudlaşır

Azərbaycan nefti cüzi ucuzlaşıb

Bacısının qətlində şübhəli bilinən şəxs saxlanılıb

Son onillikdə qlobal temperaturlar 1,19°C-yə qədər yüksəlib

Pentaqonun aparat rəhbəri istefa verəcək

Saxta araq 8 nəfərin ölümünə səbəb olub

Çexiyada qatar qəzasında 4 nəfər ölüb

İsveç hökuməti kənd təsərrüfatı subyektlərində spirtli içki ticarətinin bərpasını təklif edib

Fələstinə dəstək aksiyalarında iştirak edən Stanford Universitetinin 13 tələbəsi həbs olunub

Özbəkistan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Qulu Ağsəs haqqında yeni kitab - Üşüyəndə özünü yandıran şair

Ukrayna Türkiyənin göstərdiyi humanitar yardımı yüksək qiymətləndirir

Azərbaycanlı tələbələr Parisdə musiqi qrupu yaradıblar

Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir

Türkiyə-Çin əlaqələri genişlənir

Nazir: Gələn aydan Türkiyədə inflyasiya kəskin azalmağa başlayacaq

Prezident Vladimir Putin: Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük tələbat yarana bilər VİDEO

Rusiya Prezidenti Azərbaycan ilə ticarət dövriyyəsinin inkişaf tempinin yaxşı olduğunu qeyd edib

Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir VİDEO

Azərbaycan Ordusunun hərbi qulluqçusu paraşüt təlimi zamanı həlak olub

Azərbaycan Basketbol Liqasında yeni mövsümün gündəliyi müzakirə olunub

Naxçıvanda avtomobil 11 yaşlı uşağı vurub

Deputat: Bakı Enerji həftəsi ölkəmizin enerji coğrafiyasının daha da genişlənəcəyini deməyə əsas verir

Bakı Enerji Həftəsi çərçivəsində “Orta Dəhliz: perspektivlər və çağırışlar” mövzusunda panel keçirilib

Bakıda TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun üçüncü iclası keçirilib

"Beşiktaş"ın yeni baş məşqçisi məlum olub

Ceyhun Bayramov estoniyalı həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Gürcüstanda aşıq və sazbəndlik sənətini yaşadan insan...

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi 1/4 finala yüksəlib

Dmitri Peskov: Rusiya Prezidenti ilə görüşdə informasiya modasının qanunvericiləri olan informasiya agentliklərinin nümayəndələri iştirak edirlər

Milli İncəsənət Muzeyində “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı ekspozisiya açılıb

COP29 Əməliyyat Şirkəti biznes nümayəndələri üçün “Milli öhdəlik” proqramına başlayır

Naxçıvanda verilən kreditlərin 86,1 faizi sənaye sektorunun payına düşüb

Bakı Enerji Forumu: Azərbaycanda yaşıl enerjiyə keçid prosesi uğurla həyata keçirilir

Gürcüstanda “Ana dilimiz varlığımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Bakı Enerji Həftəsində iştirak edən Rusiya şirkəti Sumqayıt Sənaye Parkı ilə əməkdaşlıq etmək niyyətindədir

Kiyevdə enerji böhranı – VİDEOREPORTAJ

Budəfəki hərracda 52 dövlət əmlakı satılıb

ETSN rəsmisi vətəndaşlara çağırış edib

Həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalar açıqlanıb

COP29 Könüllülük Proqramına qeydiyyat bu gün başa çatır

Naxçıvanda daxili işlər orqanlarına 10 ədəd avtobus verilib

Qazaxıstan Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini bildirir

Azərbaycan və Özbəkistan ordularının Baş Qərargah rəisləri hərbi texniki və təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər

Macarıstan şirkəti “Şahdəniz” yatağında pay alıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycanın COP29-da “Sülh və iqlim qovşağı” mövzusuna diqqəti BMT-nin İqlim Konfransında təqdirlə qarşılanıb

Azərbaycanın Baş prokuroru: Türk dövlətlərinin prokurorluq orqanları arasındakı əlaqələrin gücləndirilməsi vacibdir

BP-nin icraçı vitse-prezidenti ilə görüş keçirilib

Azərbaycanın yaşıl enerji sektorunun inkişafı və bu sahədə ABŞ şirkətləri ilə tərəfdaşlıq müzakirə edilib

Enerji Həftəsində əsası qoyulan layihələr bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcıdır ŞƏRH

Bakı Enerji Forumu çərçivəsində bir sıra görüşlər keçirilib

Şəhid Elman Çıraqovun nəşinin qalıqları Şirvanda torpağa tapşırılıb VİDEO

Torontoda Kanada parlamentinin önündə Azərbaycan Bayrağı qaldırılıb

AFR-in müdafiə naziri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıb

Kral Çarlzın portretinin əks olunduğu əsginaslar Britaniyada dövriyyəyə buraxılıb

BƏT-in 60-dək Konvensiyasına qoşulan Azərbaycanda daha iki Konvensiyanın ratifikasiyası ilə bağlı işlərə başlanıb

Tanınmış futbolçunun komandası II Liqaya yüksəlib

Azərbaycanın “yaşıl enerji” potensialı ŞƏRH

Almaniyanın Leibniz İnstitutunun şöbə rəhbəri AQTİ-də olub

Bakı Enerji Həftəsi COP29-a böyük töhfə oldu - RƏY

Auditorlar Palatasının nümayəndə heyəti beynəlxalq tədbirlərdə iştirak edib

AQTA: Monitorinqlər zamanı 59 müəssisədə nöqsanlar aşkarlanıb

“Jerusalem Post”: Vardanyan ölkəsi ilə Azərbaycan arasında sülh prosesinin əleyhinədir

İdarə rəisi: Antiterror tədbirləri nəticəsində azad olunmuş ərazilərdə 7 avtomobil yolunun tikintisinə başlanılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Nəsimi rayonunda yararsız hala düşən işıqfor yenisi ilə əvəzlənəcək

Qazi Universitetinin professoru ADPU-da olub

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Gənclər Debat Forumunun mükafatlandırma mərasimi keçirilib

Mingəçevir şəhərində kompleks mülki müdafiə təlimi keçirilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qırğızıstan parlamentinin nümayəndə heyəti Şuşada FOTO VİDEO

Azərbaycan ilə Macarıstan arasında strateji dialoqun ikinci iclası keçirilib

Azərbaycan-Polşa strateji tərəfdaşlığına dair məsləhətləşmələr keçirilib

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa dair müzakirə aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Zirə" klubu heyətini iki yeni futbolçu ilə gücləndirib

Sərnişin və yükdaşımaları üzrə buraxılış vəsiqəsi üçün edilən müraciətlərin sayı açıqlanıb

® "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə" mövzusunda təlim keçirilib

“Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim aparılıb

DİN Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edir

“Sumqayıt”ın stadionunda əlavə təhlükəsizlik kameraları və turniketlər quraşdırılacaq

“Riyazi modelləşdirmə üsullarının geologiya elmində tətbiqi” mövzusunda mühazirə dinlənilib

Yoxsulluq, demokratiyaya hücumlar və irqçilik Aİ-də əsas hüquqları təhdid edir

Macarıstan şirkətləri ilə enerji tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib

Prezident İlham Əliyevin xarici siyasətinin uğurlarından bəhs edən broşürün təqdimatı olub

Şəkidə yaş barama tədarükünə başlanılıb

Enerji sektoru Azərbaycanın iqtisadi inkişafında həlledici rol oynayır ŞƏRH

“Bəxtiyar” növbəti dəfə Musiqili Teatrın səhnəsində

® ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf hesabatını açıqlayıb!

Ərdoğan dövlətləri ekoloji sahədə beynəlxalq əməkdaşlığa çağırıb

Qarabağ Universitetinin “SABAH” qruplarına qəbulla əlaqədar infosessiya keçirilib

“Bakı Gəmiqayırma Zavodu”nda robotlaşdırma prosesinə başlanılıb

Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində tədbirlər keçirilir

Banqladeşli gənc: Şuşadakı proqram gənclərə böyük təcrübə qazandıracaq

Bakıda TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun üçüncü iclası keçirilib YENİLƏNİB

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

Agentlik: 108 mindən çox uşaq birinci sinfə müsabiqəsiz qəbul edilib