İslamabadda Pakistan Günü münasibəti ilə hərbi parad keçirilib
İslamabad, 25 mart, АZƏRTAC
İslamabadda Pakistan Milli Günü münasibətilə hərbi parad keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Pakistan Prezidenti Arif Alvi, Quru Qoşunları komandanı general Qamar Caved Bacva, hökumətin üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hərbi paradda tank, radar və hava hücumundan müdafiə sistemləri, ballistik raketlər, helikopterlər, döyüş təyyarələri nümayiş etdirilib.
Arif Alvi bu münasibətlə Pakistan xalqını təbrik edib, ölkənin güclü bir dövlətə çevrilməsi istiqamətində görüləcək işlərdən danışıb. Dünya dövlətlərinin diqqətini Hindistanın Cammu və Kəşmirdə törətdiyi qanunsuzluqlara yönəldən dövlət başçısı deyib ki, biz bu bölgələrdə yaşayan insanlara həmişə dəstək olacağıq.
Dövlət başçısı Şərqi Asiyada sabitliyin qorunması üçün Kəşmir məsələsinin həllinin vacib olduğunu vurğulayıb.
Sonda Pakistanın müxtəlif əyalətlərindən gələn rəqs kollektivlərinin iştirakı ilə böyük konsert proqramı keçirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]