İslamiadanın həndbol yarışlarında çıxış edəcək Azərbaycan yığma komandasının rəqiblər məlum olub
Bakı, 13 iyul, AZƏRTAC
V İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında çıxış edəcək kişilərdən ibarət Azərbaycan yığma komandasının məşqləri davam edir.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində və “ABU Arena”da gündə iki dəfə olmaqla hazırlıq keçən komandanın məşqlərinə 16 idmançı qatılıb.
Hər gün davam etdirilən hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
İyulun 22-dən etibarən Gürcüstana yollanacaq millimiz növbəti təlim-məşq toplanışına start verəcək. Bu ayın 29-dək davam edəcək hazırlıq çərçivəsində orada yerli komandalarla bir neçə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub.
Yığmamızın İslamiadadakı rəqiblər də məlumdur. Püşkatmanın nəticəsinə görə, “B” qrupunda yer alan komandamız Türkiyə və İran milliləri ilə qarşılaşacaq.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]