İslandiyalı gimnast: Bakıda Avropanın ən güclü komandaları yarışır
Bakı, 17 oktyabr, AZƏRTAC
"Milli Gimnastika Arenasında pozitiv ab-hava var. Burada yarışmaq insana zövq verir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən "TeamGym" üzrə Avropa çempionatında iştirak edən İslandiya komandasının gimnastı Markus Palsen deyib.
O, arenanın bütün lazımi avadanlıqlarla təchiz olunduğunu söyləyib: "Arena geniş olduğundan yaxşı hazırlıq keçə bildik. Podium məşqlərimizi keçmək üçün bizə yaxşı şərait yaradıldı. Beləliklə, məşqçimiz bizə səhvlərimizi başa saldı. Çıxış zamanı da bunları xüsusilə diqqətdə saxladıq".
İdmançı turnirdə qızğın mübarizə getdiyini qeyd edib: "Demək olar ki, burada Avropanın ən güclü komandaları yarışır. Öz komandamızı çempionatın ən yaxşılarından hesab edirəm. Buna görə də rəqiblərin heç birindən çəkinmirik. Məqsədimiz medal qazanmaqdır. Bakıdan medalsız qayıtmaq istəmirik".
Qeyd edək ki, "TeamGym" üzrə Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]