İsmayıllı rayonunda zəlzələ qeydə alınıb

Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 19 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 4 bal, Lahıc, Zarad, Cülyan, Burovdal, Müdri kəndində 3 bala qədər hiss olunub.