Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı

İsmayıllı, 25 may, AZƏRTAC

İsmayıllı rayonunda yaşayan Samirə Həsənovanın həyat hekayəsi dövlətin məşğulluq siyasətinin insanların taleyində yaratdığı real dəyişikliklərin nümunələrindən biridir. İki uşaq anası olan Samirə xanım ailəsinə dəstək olmaq, öz peşəsini inkişaf etdirmək və sevdiyi işi davam etdirmək üçün bərbər-vizajist kimi fəaliyyət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri Samirə Həsənovanın fəaliyyət göstərdiyi salonda olub, Özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən avadanlıqlarla və onun uğur hekayəsi ilə maraqlanıb.

Uzun illər Bakıda yaşayan Samirə Həsənova son iki ildə ailəsi ilə birlikdə İsmayıllıya köçüb. Sakitliyi və təmiz təbiəti ilə seçilən bu dağlıq rayonda ailəsi üçün yeni həyat qursa da, onun peşəkar bərbər-vizajist kimi fəaliyyətini davam etdirmək istəyi ilkin mərhələdə maddi imkanların məhdudluğu səbəbindən ciddi maneə ilə qarşılaşıb. O, xidmət sahəsi açmaq və lazımi avadanlıqları əldə etmək üçün kifayət qədər maddi gücünün olmadığını vurğulayır. Məhz bu çətin məqamda onun qarşısında yeni bir qapı açılıb. “Bu peşənin sirlərini öyrənmişdim, amma işləmək üçün avadanlığım yox idi. Ailə büdcəmiz də o qədər sabit deyildi. Açığı, dövlətin mənim kimi insanlara dəstək verdiyindən xəbərsiz idim. Bir qohumum məşğulluq xidmətinə müraciət etməyi məsləhət gördü. Mən də Dövlət Məşğulluq Xidmətinə üz tutdum və fəaliyyətim üçün lazım olan avadanlıqlarla təmin olundum”, – deyə Samirə xanım bildirir.

Samirə Həsənova Özünüməşğulluq proqramı çərçivəsində manikür masası, güzgülü mebel dəsti, manikür dəsti, sterilizasiya və tatuaj aparatları, saç kəsmə maşını, fen, kreslo, suqızdırıcı, yumşaq stullar və kondisionerlə təmin edilib. Bu avadanlıqlar onun öz işini qurmasına, xidmət sahəsini genişləndirməsinə və müştərilərinə daha keyfiyyətli xidmət göstərməsinə böyük dəstək olub.

Onun sözlərinə görə, avadanlıqlar təqdim olunmazdan əvvəl proqramın iştirakçıları müxtəlif peşə kurslarına cəlb olunublar. “Kurslarda kişi bərbərlər də var idi. Onlara da kişi salonları üçün lazım olan bütün avadanlıqlar verildi. Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı”, – deyə o bildirir.

Samirə xanımın daimi müştərilərindən olan Gülmirə Səmədzadə də dövlət dəstəyinin həm peşəkar ustalar, həm də xidmət alan insanlar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayır. “Mən həmişə təmiz salonu olan, işində peşəkar, avadanlıqları yeni olan bir xanım usta axtarırdım. Tövsiyələr üzərindən Samirə xanımı tapdım. Onun əl qabiliyyətini, iş bacarığını çox bəyənirəm. Dövlətimizin belə peşəkar və sənətini sevən xanımlara dəstək olması çox gözəl təşəbbüsdür. Belə bacarığı olan qadınlar öz işlərini davam etdirə, fəaliyyətlərini genişləndirə bilirlər”, – deyə o qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi Özünüməşğulluq proqramı məhz bu cür həyat hekayələrinin reallaşmasına imkan yaradır. Proqram vasitəsilə minlərlə insan kiçik biznes qurmaq, peşəsini inkişaf etdirmək və ailə gəlirlərini artırmaq imkanı qazanır. Xüsusilə regionlarda yaşayan insanların məşğulluğunun təmin olunması, onların öz bacarıqlarını gəlir mənbəyinə çevirməsi sosial rifahın yüksəldilməsində mühüm rol oynayır.

Bu gün Samirə Həsənova artıq yalnız ailəsinə dəstək olan bir qadın deyil, həm də öz zəhməti və peşəsi ilə gəlir qazanan, gələcəyinə inamla baxan sahibkardır. O deyir ki, dövlət dəstəyi onun həyatında yeni bir səhifə açıb.

Xatırladaq ki, Özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər (işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər istisna olunmaqla), eyni zamanda, mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər. Müraciət üçün Regional Məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşmaq tələb olunur. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı üzrə (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq), istehsal və xidmət istiqamətləri üzrə aktivlər təqdim edilir.

Müxbir- Rəşad Türkoğlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şükürbəyli kəndində daha 119 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Ermənistan XİN: Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur

Sumqayıt Teatrından uşaqlara bir iyun sürprizi

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Türk sivilizasiyası dünya tarixində dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan nəhəng bir fenomendir - ŞƏRH

Gürcüstanın Baş naziri: Azərbaycanla danışıqlara ortaq maraqlar baxımından dostcasına söhbət kimi yanaşırıq

AQTA-nın nümayəndəsi: Qurban bayramı günlərində heyvanların kəsiminə və satışına ciddi nəzarət ediləcək

Azərbaycan-Afrika münasibətləri: Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans - YENİLƏNİB

Yağıntılar sabah axşam tədricən kəsiləcək

Azərbaycan minifutbol millisi Avropa çempionatına ciddi hazırlaşır

QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

XİN-in rəsmisi: Afrika Azərbaycanın xarici siyasətində ən vacib istiqamətlərdən birinə çevrilib

Bu gün Ümumdünya Futbol Günüdür: Bu oyun sadəcə topun arxasınca qaçmaq deyil

AzMİU-da dil, milli kimlik və tarixi şüura həsr olunmuş elmi seminar təşkil edilib

Hacıqabulda toxumluq əkinlərdə aprobasiya prosesi həyata keçirilib

ABŞ dövlət katibi: İranla sülh razılaşması ilə bağlı nəticə bu gün elan edilə bilər

Özbəkistan universitetinin rektoru AzTU-nun qonağı olub

Fiziki şəxslərin əmanətlərinin 70 faizi milli valyutadadır

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub

Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

“Azərbaycan rüzgarı” proqramının aparıcısı: Ölkəmin mədəniyyətini təmsil etməkdən qürur duyuram

“Africa CDC” Ebola virusunun Afrikanın 10 ölkəsinə yayılması riski barədə xəbərdarlıq edib

Beynəlxalq ictimaiyyət ilk dəfə Ümumdünya Futbol Gününü qeyd edir

Baş dövlət baytarlıq müfəttişi qurban kəsimi ilə bağlı vətəndaşlara müraciət edib

WUF13 ölkəmiz üçün mühüm perspektivlər və yeni imkanlar müəyyənləşdirir – ŞƏRH

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” Proqramının açılış mərasimi olub

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı

Güləş millisinin böyük məşqçisi: Avropa çempionatında favoritlərin eyni qruplarda yer alması balansı dəyişdi

WUF13 qlobal gündəliyin formalaşdırıldığı mühüm platforma kimi tarixə düşdü ŞƏRH

BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar

“Kəpəz” portuqaliyalı müdafiəçi ilə müqaviləni yeniləyib

ADU-da “Birgünlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar

Qurban bayramında gün ərzində 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Azərbaycanın beynəlxalq məhkəmə əməkdaşlığına töhfəsi yüksək qiymətləndirilib

Ramid Namazov: Afrika böyüyən qitədən qərar verən qitəyə çevrilir

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan dili imtahanında ikinci cəhd iştirak etmək üçün qeydiyyat başlanıb

® “Azpetrol” şirkətinə məxsus 1 hotel və 8 motel xidmətinizdədir!

KLİK Proqramı 6 ay davam edəcək

BMT-nin özünü idarə etməyən ərazilərin xalqları ilə Həmrəylik Həftəsi

Sultan Hacıyev: WUF13-də Afrika ölkələrinin fəal iştirakı müzakirələrin uğuruna mühüm töhfə verib

Bundestaqın nümayəndə heyətinin Tayvana səfəri Çinin narazılığına səbəb olub

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

Əfran İsmayılov “Araz-Naxçıvan”dan ayrılıb

BDU alimlərinin layihələri Azərbaycan–Türkiyə birgə qrant müsabiqəsində dəstəklənib

AKTİ-nin sədri: KLİK Proqramına layiq ola biləcək iştirakçıları seçmək çətin oldu

Sudan səfiri: Afrikada işsizlik səviyyəsi yüksəkdir

Venera Əsgərova: Peşəkar mediasiya hüquqi sülh və qarşılıqlı etimada xidmət edir - MÜSAHİBƏ

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT

Qız futbolçulardan ibarət yığmanın baş məşqçisi ilə yollar ayrılıb

Şəkinin kəndlərində güclü yağıntılardan sonra ciddi eroziya və torpaq deqradasiyası müşahidə olunub

Azərbaycan çempionu olan komanda 2 futzalçı ilə vidalaşıb

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

Əlincə qalasında “Turan marşı”

XİN rəsmisi: Hazırkı reallıq Afrikanın malik olduğu potensialla üst-üstə düşmür

ADPU-nun rektoru: Dilimizin qarşısında duran vəzifələr hər birimizdən məsuliyyət tələb edir

AzTU ilə Çinin aparıcı universiteti arasında Əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

Məhəmmədəli Xudaverdiyev: Efiopiyada “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri istifadəyə verilib

FAO: İqlim maliyyəsinin cəmi 4 faizi aqrar sektora yönəldilir

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

Bakı qlobal urban və dayanıqlı inkişaf dialoqunun əsas platformalarından birinə çevrilib - RƏY

I rübdə sənaye zonalarına 159 milyon manata yaxın investisiya yatırılıb

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

Professor Nadir Məmmədli: Dilçiliyin süni intellektlə uzlaşdırılması mühüm prosesdir

Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalı keçiriləcək

Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir

İyunun 21-də Bakı, Abşeron və Sumqayıtda ümumi orta təhsil bazasında təkrar imtahan keçirilməsi nəzərdə tutulur VİDEO

İyunun 21-də Bakı, Abşeron və Sumqayıtda ümumi orta təhsil bazasında təkrar imtahan keçirilməsi nəzərdə tutulur VİDEO

KOSMİK Akademiya beynəlxalq “3G+” müxtəliflik mükafatına layiq görülüb

Süni intellekt və kiçik dövlətlərin seçimi

Pakistan 373 əfqan məhbusu azad edib

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

İtaliya əsilli futbolçu: Azərbaycan millisinin formasını geyinmək böyük şərəfdir

Bu saata olan əsas xəbərlər

Professor Mahirə Hüseynova şifahi dildə işlək olan sözlərin ədəbi dilə gətirilməsindən danışıb

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

Media: WUF13 urbanizasiya sahəsində memarlıq, planlaşdırma və dövlət siyasətinin rolunu vurğulayıb

“TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi baş tutacaq

Əl-Cəzirə: ABŞ İranla qarşılıqlı razılaşmalardan geri çəkilir

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib VİDEO

Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin 1-ci Forumu aktiv müzakirələrlə yadda qalıb

Düşənbədə BMT-nin 2026-cı il konfransı üçün su gündəliyi hazırlanır VİDEO

Düşənbədə BMT-nin 2026-cı il konfransı üçün su gündəliyi hazırlanır VİDEO

Şuşalı sənətkarın arzusu: İstəyirəm ki, qonaqlar əl işlərimizi xatirə olaraq aparsınlar VİDEO

Şuşalı sənətkarın arzusu: İstəyirəm ki, qonaqlar əl işlərimizi xatirə olaraq aparsınlar VİDEO

Ukrayna Belarusla sərhəddə müdafiəni gücləndirməyə başlayıb

Düşənbədə su ehtiyatları ilə bağlı qlobal təhlükəsizlik riskləri müzakirə olunur VİDEO

Düşənbədə su ehtiyatları ilə bağlı qlobal təhlükəsizlik riskləri müzakirə olunur VİDEO

Ötən həftə 78 mina və 416 digər partlayıcı sursat zərərsizləşdirilib

Bakı Enerji Forumunun ilk günündə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü baş tutacaq VİDEO

Bakı Enerji Forumunun ilk günündə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü baş tutacaq VİDEO

Ağdamın dağıdılması urbisid kontekstində beynəlxalq elmi araşdırmada təhlil edilib

NBA: “San-Antonio Spörs” son çempionu üstələyərək seriyanı bərabərləşdirib

Professor: Hər toponimin arxasında tarix, yaddaş və milli kimlik dayanır

“Baku Energy Week” iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir

Zaqatala qızılgülünün dünyaya yayılan ətri - Azərbaycanın efir yağları xarici bazarlarda

Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Firudin Qurbanov: Məktəb təhsili dilin qorunmasında və funksional inkişafında əsas rol oynayır

Tanınmış tarzən Sahib Paşazadə Özbəkistanda mükafatlandırılıb

Beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə gətirilir

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub