“İSMAYILLI ŞƏRAB -1” ASC İSTEHSALIN HƏCMİNİ ARTIRIR
AZƏRTAC xəbər verir ki, istehsal gücü 10 min ton olan “İsmayıllı şərab -1” ASC-nin Kürdmaşı üzüm istehsalı zavodunda hazırda 5 adda konyak, 7 adda şərab məhsulları hazırlanır. 30 nəfərin çalışdığı zavodun məhsulları əsasən MDB ölkələrinə ixrac olunur.
Səhmdar cəmiyyət zavodun istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görür. Belə ki, burada Moldovadan gətirilmiş və ən müasir standartlara cavab verən avadanlıqdan istifadə edilməklə yeni axın xətti quraşdırılmışdır. Bununla da məhsulların süzülməsi və qablaşdırılması yüksək texnoloji üsulla həyata keçirilir. İndi zavodda ildə orta hesabla müxtəlif ölçüdə 600 min şərti butulka konyak və şərab məhsulları hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]