İsmayıllıda 24 baş inək və qoyun yanaraq tələf olub VİDEO
İsmayıllı, 13 aprel, AZƏRTAC
İsmayıllı rayonunda mal-qaranın tələfatı ilə nəticələnən yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə rayonun Kəlbənd kəndində kənd sakini Rəşid İsmayıl oğlu Quliyevə məxsus ümumi sahəsi 132 kvadratmetr olan tövlədə baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı və Göyçay Dövlət Yanğından Mühafizə Hissələrinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı tövlə, içəridəki 17 baş qoyun və 7 baş inək yanaraq tələf olub. Habelə çardaqdakı 1,5 ton ot, yaxınlıqdakı "QAZ 53" markalı yük maşını da yanıb.
Yanğınsöndürənlər alovun yaxınlıqdakı evə keçməsinin qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:02]
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
- 16.10.2026 [11:50]
Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb
- 15.10.2026 [21:35]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]