İsmayıllıda küçələrin asfaltlaşdırılması davam edir
İsmayıllı, 5 yanvar, AZƏRTAC
Qələbə ilə başa çatan Vətən müharibəsi İsmayıllıda nəzərdə tutulan sosial layihələrin icrasını heç də təxirə salmadı. Karantin rejimi qaydaları gözlənilməklə burada digər sosial layihələrlə yanaşı, şəhərin küçələrinin asfaltlaşdırılması davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərdə küçələr abadlaşdırma planına uyğun olaraq aparılır. Belə ki, ayrılan xüsusi texnika vasitəsilə yollar hamarlanır, daha sonra asfaltlaşdırılır. Ə.Ələkbərzadə küçəsi ilə Nuru Paşa küçəsini birləşdirən, uzunluğu 670 metr olan Maqsud Cavadov küçəsinin asfaltlaşdırılması ərazidə hərəkəti tamamilə rahatlaşdırıb. Ə.Ələkbərzadə küçəsini Cavad Məmmədov küçəsi ilə birləşdirən, uzunluğu 520 metr olan Əhməd Cavad küçəsinin də asfaltlaşdırılması sakinlər tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, İsmayıllı şəhərinin hər iki küçəsinə ilk dəfə olaraq asfalt örtük vurulub.