İsmayıllıda Vətən müharibəsinin qaziləri ilə görüş
İsmayıllı, 31dekabr, AZƏRTAC
İsmayıllıda rayon icra hakimiyyətinin təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar Vətən müharibəsi qazilərinin daha bir qrupu ilə görüş keçirilib. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə icra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin rəhbərlikləri iştirak ediblər. Yaşadıqları ünvanda ziyarət olunan qazilər Kənan Kərimov, Asif İsmayılov, Fərid Bayramov, Taleh Bəkirov və onların ailə üzvləri Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təbrik olunub, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin həm də xalqımızın həmrəyliyinin, birliyinin nəticəsi olduğu vurğulanıb.
Qazilər və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Görüşdə qazilərə bayram hədiyyəsi verilib.