İsmayıllıya Almaniyadan 99 baş cins südlük inək gətirilib
İsmayıllı, 4 iyun, AZƏRTAC
İsmayıllı rayonunun Keyvəndi kəndində “Azza-aqro” şirkəti tərəfindən tikilən 1500 başlıq müasir heyvandarlıq kompleksinə “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan holşteyn-friz cinsindən olan 99 baş südlük inək gətirilib.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kompleksə daha 200 baş heyvanın gətirilməsi planlaşdırılır. Gətirilən inəklərdən qan nümunəsi alınaraq bruselyoz xəstəliyinə görə seroloji müayinə və dabaq xəstəliyinin A-0-Asiya-1 tiplərinə qarşı profilaktik peyvənd aparılıb.
Qeyd edək ki, heyvandarlıq kompleksinin inşasının birinci mərhələsi başa çatıb. İlk mərhələdə 300 başlıq tövlələrdən biri istifadəyə verilib. İstifadəyə verilən, hazırda gətirilən inəklərin saxlandığı tövlədə, habelə sağım və doğum məntəqələrində bütün lazımi avadanlıqlar quraşdırılıb. Buzovların saxlanması üçün beton örtüklü meydançanın inşası da başa çatdırılıb. Kompleksdə, habelə yem emalı üçün avadanlıqlar da quraşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]