İspaniya mətbuatı Azərbaycan Prezidentinin Ağdama səfərindən yazır
Madrid, 24 noyabr, AZƏRTAC
İspaniyanın EFE informasiya agentliyi, ölkənin qocaman qəzetlərindən biri olan “La Vanguardia”, həmçinin Puerto-Rikonun “El Expresso” onlayn nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfəri barədə xəbəri dərc ediblər.
AZƏRTAC xəbər verir ki, bu nəşrlər Ağdam rayonunun təxminən 30 il Ermənistanın işğalı altında olmasını vurğulayırlar.
İspaniya mətbuatının yazdığına görə, Azərbaycan Prezidenti İlham Əliyev Ağdama səfəri zamanı diqqətə çatdırıb ki, əgər Dağlıq Qarabağda müharibə başa çatmasaydı, o halda iki həftə bundan əvvəl Ağdamın Azərbaycana qaytarılması üzrə hərbi əməliyyat aparılardı.
Qeyd olunur ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanan atəşkəs barədə bəyanata müvafiq olaraq, ötən cümə günü - noyabrın 20-də Azərbaycan Ordusu Ağdama daxil olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid