İspaniya portalı Azərbaycandakı alban kilsələrindən bəhs edən məqalə yayıb
Bakı, 5 yanvar, AZƏRTAC
İspaniyanın “www.tuvozenpinares.com” xəbər portalında İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanovun “Alban kilsələri tariximizin qədim izləridir” sərlövhəli məqaləsi dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Vahid İmanov yazıda tarixi sənədlərin qədim dövrdə Azərbaycan xalqının əcdadlarının öz ərazilərində xristianlığa ibadət etdiklərini göstərdiyini qeyd edib.
Məqalədə tarixi, mədəniyyəti və qədim abidələri ilə dünya tarixçilərinin hər zaman diqqətini cəlb edən Qafqaz Albaniyasında xristianlığın yayılması, Azərbaycanın Şəki, Qax, Qazax, Qəbələ, Kəlbəcər, Göygöl və digər rayonlarında alban kilsələrinin min illərlə qorunub saxlanılması, alban kilsələrinin erməniləşdirmək cəhdləri, İ.Petruşevski, N.Adonts və Z.Bünyadov kimi məşhur alimlərin ermənilərin bu cəhdlərini ifşa etmələri barədə ətraflı məlumatlar verilib.
“Bizim insanlar indiyədək bu müqəddəs yerləri ziyarət edirlər. Bu məbədlər Azərbaycan dövləti tərəfindən qorunub saxlanılır”, - deyə V.İmanov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]