İspaniya şahzadəsi "Don Kixot"un ənənəvi oxunuşunda virtual iştirak edəcək
Madrid, 18 aprel, AZƏRTAC
Asturiya şahzadəsi Leonar və onun bacısı, İspaniya infantası Sofiya aprelin 23-də böyük ispan yazıçısı Migel de Servantesin "Don Kixot" romanının ənənəvi oxunuşunda virtual iştirak edəcəklər. Bu il "Don Kixot" romanının ilk nəşrinin 415 ili tamam olur.
AZƏRTAC xəbər verir ki, ənənəvi oxu aprelin 23-də İspaniyada qeyd edilən Kitab gününə həsr olunub. İspaniya İncəsənət Dərnəyi (Círculo de Bellas Artes) COVID-19 pandemiyası ilə əlaqədar canlı oxunun qeyri-mümkün olduğunu nəzərə alaraq, virtual oxu təşkil edib. Bu il xalq şahzadənin bacısı infanta Sofiyanı da ilk dəfə dinləyəcək.
Romanın kollektiv oxunuşuna adətən ispandilli dünyada ən mötəbər mükafatın - Servantes mükafatının laureatı başlayır. Bu il onu ədəbi mükafatın 2019-cu il laureatı Joan Marqarit açacaq.
"Círculo de Bellas Artes"in bəyanatında deyilir: "Asturiya şahzadəsi Leonorun və onun bacısı infanta Sofiyanın iştirakı xüsusilə bu çətin dövrdə uşaq və gənclər üçün oxunun təbliğinə və əhəmiyyətinə istiqamətlənib".
"Hiyləgər idalqo Lamançlı Don Kixot" romanı İntibah dövrünün böyük ispan yazıçısı Migel de Servantes Saavedro tərəfindən 1605-1615-ci illərdə yazılıb. Əsər cəngavərlik mövzusuna bir növ parodiyadır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]