İspaniyada maliyyə nəhəngi yaradılır
Madrid, 19 sentyabr, AZƏRTAC
“CaixaBank” və “Bankia” banklarının direktorlar şurası aktivləri 650 milyard avrodan çox olacağı nəzərdə tutulan ən böyük İspaniya bankını yaratmaq üçün iki qurumun birləşməsinə yaşıl işıq yandırıb.
AZƏRTAC xəbər verir ki, bu gün direktorlar şurası böyüklüyünə görə üçüncü və dördüncü olan ispan banklarının birləşməyə başlamasını bəyənib. “CaixaBank” adlanacaq struktur Valensiyadakı ofisini özündə saxlayacaq.
Maliyyə nəhənginin yaradılması İspaniyanın bank mənzərəsini dəyişəcək. Portuqaliyanın “BPI” bankına beynəlxalq səviyyədə sahib olan “CaixaBank” İspaniyanın üçüncü ən böyük bankıdır. İspaniyada ən böyük ipoteka kreditoru kimi tanınan “Bankia” isə ölkənin dördüncü nəhəng bankıdır.
Analitiklərin fikrincə, iki şirkətin birləşməsi 50 mindən çox iş yerinin itirilməsinə gətirib çıxaracaq.
Bu birləşmə, cari ilin ikinci rübündə ümumi daxili məhsulu 18,5 faiz aşağı düşən, COVID-19 pandemiyasının ən çox zərər vurduğu Avropa ölkələrindən biri olan İspaniya üçün olduqca mənfi bir iqtisadi kontekstdə baş verir.
Elan edilən qərar Avropa Mərkəzi Bankının tələb etdiyi kimi, Avropada maliyyə sektorunun konsolidasiyası üzrə gələcək addımları nəzərdə tutur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]