Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrail dövlətinin “İsrailin səsi” dövlət radiostansiyasında Azərbaycan haqqında veriliş səslənmişdir

İsrail dövlətinin “İsrailin səsi” dövlət radiostansiyasında Azərbaycan haqqında veriliş səslənmişdir

Bakı, 2 iyul (AZƏRTAC). Dünən İsrail dövlətinin “İsrailin səsi” radiostansiyasının populyar “Biz olmayan yerdə” proqramında Azərbaycan Respublikasına həsr edilmiş bir saatlıq veriliş səslənmişdir. Bu ideyanı irəli sürənlər israilli məşhur radioaparıcı İqor Moldavski və “İsrailin səsi” radiostansiyasının şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut idi. 

Radio verilişində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycan-İsrail münasibətlərinin inkişafı və perspektivləri, Azərbaycanın regionda xarici siyasət strategiyası və onun Cənubi Qafqazda regional lider kimi rolu, Azərbaycanın tolerantlıq və multikulturalizm siyasəti təhlil edilmişdir. Verilişdə azərbaycanlı jurnalist, Bakupost.az onlayn qəzetinin redaktoru Kənan Quluzadə və Hayfa Universiteti nəzdində İranın və Fars körfəzi ölkələrinin öyrənilməsi üzrə Ezri Mərkəzinin əməkdaşı Emil Abramov da iştirak edirdi.

Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut israilli məşhur radioaparıcı İqor Moldavskinin Azərbaycan-İsrail münasibətlərinin inkişafı və perspektivləri barədə suallarını cavablandıraraq qeyd etmişdir ki, Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır və bu münasibətlər iki ölkə və onların xalqları üçün çox vacibdir. Arye Qut demişdir: “İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrail dövləti Azərbaycanı neft-qaz, telekommunikasiya və kənd təsərrüfatı sahələrində ən mütərəqqi texnologiyalarla təchiz edən strateji tərəfdaşıdır”. İsrailli ekspertin fikrincə, Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Cənubi Qafqaz regionunun lideridir. Özü də bu, təkcə Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması ilə bağlı deyildir. İsrailli analitik vurğulamışdır: “Karbohidrogenlərlə zəngin olan bir sıra başqa ölkələrdən fərqli olaraq Azərbaycan enerji resursları hesabına əldə edilən gəlirləri daha geniş məqsədlərə yönəltmişdir. Postsovet dövründə Azərbaycan heç də zəif və asılı geosiyasi substansiya olmadığını, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynadığını sübut edə bilmişdir.

Dünyanın başqa hissələri ilə müqayisədə diplomatiyanın qat-qat mürəkkəb olduğu regionda yerləşən Azərbaycanın problemlərə praqmatik yanaşması, dini dözümlülük, öz qonşuları ilə konstruktiv münasibətləri - bütün bu amillər uğurlu və güclü Azərbaycanın təşəkkülündə mühüm rol oynayır. Burada xüsusi vurğulamaq lazımdır ki, 2009-cu ilin iyul ayında Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək, İsrail siyasətinin ağsaqqalı, İsrail dövlətinin ovaxtkı rəhbəri Şimon Peresi Azərbaycana dəvət etmiş və onu ən yüksək səviyyədə qəbul etmişdir”.

Azərbaycanlı jurnalist, Bakupost.az onlayn qəzetinin redaktoru Kənan Quluzadə Azərbaycanın geosiyasi əhatəsi məsələsi üzərində ətraflı dayanmışdır. O demişdir: “Azərbaycan öz dostlarını da, düşmənlərini də yaxşı tanıyır. Azərbaycan özünün xarici siyasət strategiyasını dəqiq müəyyən etmiş, dünyanın və regionun bütün dövlətləri ilə tarazlı münasibətlər saxlayan, tamdəyərli, güclü və müstəqil dövlətdir. Region dövlətləri yaxşı başa düşürlər ki, Azərbaycana kənardan nəyisə diktə etmək mümkün deyildir. Əgər Azərbaycan xarici siyasətdə nə isə etməyi qərara alarsa, bunu edəcəkdir. Azərbaycan gənc dövlətdir və onun öz siyasətini həyata keçirmək, həlledici səsə malik olan regional ölkəyə çevrilmək cəhdləri uğurlu olmuşdur. Biz buna nail olmuşuq. Azərbaycan İsrail dövləti üçün olduqca etibarlı tərəfdaşdır”.

Arye Qut bildirmişdir ki, İsrail müasir Azərbaycanın rəhbərliyinin ölkədəki 20 minlik yəhudi icmasına səmimi münasibətini yüksək qiymətləndirir. “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü Arye Qut demişdir: “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir, ölkədə hər 7 sakindən biri qaçqındır. Bu, danılmaz tarixi faktdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmamışdır. Əslən Azərbaycandan bizlər də, İsraildəki Azərbaycan diasporunun üzvləri kimi bu fakta görə fəxr edirik. Azərbaycan sözün həqiqi mənasında sivilizasiyalararası dialoq nümunəsidir. Mən bunu hər dəfə təkrarlamaqdan yorulmuram. Siz mənə ikinci bir ölkə - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi - göstərin ki, orada prezidentin və ölkənin birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilmiş olsun. Zənnimcə, ikinci bu cür ölkəni sadəcə tapa bilməzsiniz”.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü Arye Qut verilişin aparıcısının suallarına cavab verərək qeyd etmişdir ki, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olmuşdur və vətən olaraq qalır. Arye Qut demişdir: “Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq dinləri mövcud olmuşdur. Bu diyarda bu gün də tolerantlığa və dini dözümlülüyə çox güclü meyl müşahidə olunur. Bu, çox mühüm tarixi faktdır ki, əsası Məhəmmədəmin Rəsulzadə, Fətəli Xan Xoyski və Əlimərdan bəy Topçubaşov tərəfindən qoyulmuş, bütün müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumətində yəhudi xalqının iki nümayəndəsi olmuşdur - səhiyyə naziri və ərzaq naziri. Bu, Azərbaycanda yəhudilərə həmişə xüsusi münasibət olmasına dəlalət edir. Quba rayonundakı Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal bir məkan, həqiqi mənada Azərbaycanın fəxridir. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu qardaş kimi səmimi yaşayırlar. Burada onları ortaq tale və ortaq tarix bağlayır”.

A.Qutun sözlərinə görə, bir neçə ay bundan əvvəl “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun bilavasitə dəstəyi ilə İsrail dövlətinin müxtəlif şəhərlərində “Azərbaycan - tolerantlıq məkanıdır” adlı sərgi layihəsini həyata keçirməyə başlamışdır. Arye Qut vurğulamışdır: “Bu, Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin qorunub saxlanmasına, müasir və güclü Azərbaycan modeli kimi möhtəşəm nümunə üzərində bu siyasətin daha da inkişaf etdirilməsi və təbliğ olunması strategiyasının təsdiqidir”.

Hayfa Universiteti nəzdində İranın və Fars körfəzi ölkələrinin öyrənilməsi üzrə Ezri Mərkəzinin əməkdaşı doktor Emil Abramov Azərbaycan-İsrail strateji tərəfdaşlığının siyasi və iqtisadi bazisini yüksək qiymətləndirərək Azərbaycan ilə İsrail arasında akademik əməkdaşlığın perspektivlərindən söhbət açmışdır.

Doktor Emil Abramov demişdir: “Biz azərbaycanlı həmkarlarımızın bu məsələyə böyük maraq göstərməsinin şahidiyik. Ümidvaram ki, tezliklə Hayfa Universitetində Cənubi Qafqazın öyrənilməsi üzrə mərkəz yaradacağıq. Biz bu mərkəz çərçivəsində azərbaycanlı həmkarlarımızla müştərək araşdırmalar aparmağa, İsrailin akademik elitasını Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və ənənələri ilə tanış etmək məqsədilə konfranslar və dəyirmi masalar keçirməyə hazırlaşırıq”.

Arye Qut Azərbaycan haqqında həqiqəti israilli radio dinləyicilərinə söyləmək üçün verilmiş imkana görə “İsrailin səsi” dövlət radiostansiyasının rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO