İsrail Qəzza sektoruna işıq və su verilməsinin şərtini açıqlayıb VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
HƏMAS qruplaşması bütün əsirləri azad etməyənədək İsrail Qəzza sektoruna işıq və su verilişini bərpa etməyəcək.
AZƏRTAC xəbər verir ki, İsrailin energetika naziri İsrael Kats bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
“Əsir götürülən İsrail vətəndaşları azad edilməyənə qədər Qəzza sektoruna nə işıq, nə su, nə də yanacaq daxil olmayacaq. Humanitar addımlar qarşılıqlı olmalıdır. Heç kəs bizə əxlaq dərsi keçməsin”, - deyə İsrael Kats bildirib.
Türkiyənin “Takvim” qəzeti yazır ki, say dəqiq bilinməsə də, HƏMAS-ın azı 150 israillini əsirlikdə saxladığı ehtimal olunur.
Oktyabrın 7-də HƏMAS hərəkatının İsrail ərazilərinə hücumlarına cavab olaraq yəhudi dövləti Qəzza sektoruna elektrik, su və yanacaq verilməsini tam dayandırıb. Son məlumata görə, döyüşlər və bombardmanlar nəticəsində 1,5 min israilli və 1,2 min fələstinli həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]