İsrail Qəzzadakı qoşunlarını geri çəkməyə başlayıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Fələstinin HƏMAS hərəkatı ilə əldə edilmiş razılaşma çərçivəsində İsrail ordusu (SAXAL) Qəzza sektorunda razılaşdırılmış mövqelərə doğru geri çəkilir.
AZƏRTAC xəbər verir ki, “The Times of Israel” nəşrinin məlumatına görə, SAXAL gecə saatlarında və bu gün səhər Qəzza sektorunda əvvəlki mövqelərindən geri çəkilərək razılaşdırılmış cəbhə xətlərində yerləşməyə başlayıb.
Razılaşmanın ilk mərhələsində İsrail ordusunun bəzi bölmələri Qəzzadan tamamilə çıxarılacaq, bəzi bölmələr isə razılaşdırılmış mövqelərə yerləşəcək.
Nəşrin məlumatına görə, İsrail qoşunlarının geri çəkilməsi prosesini oktyabrın 10-u günorta saatlarınadək başa çatdırmağı planlaşdırır.
Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp HƏMAS və İsrail nümayəndələrinin sülh planının ilk hissəsini imzaladıqlarını açıqlayıb. Razılaşma İsrail qoşunlarının Qəzza sektorundan çıxarılmasını və girovların tezliklə azad olunmasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]